sərgi, festival və konfranslar » Davos Dünya Əlaqə Forumuna az qaldı
Tarix : 2016-10-21 13:38:10 | Baxılıb : 554
Font Ölçüsü:   |  

İsveçrənin Davos şəhərində təşkil edilən Davos Dünya İqtisadiyyat Forumunun bir davamı olaraq son 5 ildir təşkil edilən Davos Dünya Əlaqə Forumu, bu il 3-4 Noyabr tarixləri arasında İstanbul Universitetinin (İU) ev sahibliyi ilə reallaşacaq. Bir əlaqə zirvəsi xüsusiyyəti daşıyan forumda bir çox ölkələrin əlaqə mütəxəssisləri bir araya gəlməklə, ünsiyyətin bir alt başlığını meydana gətirən, ictimai media, ənənəvi media, böhran ünsiyyət rəhbərliyi, etibar rəhbərliyi, korporativ əlaqələr, rəqəmsal əlaqələr, marka rəhbərliyi, məhsul ünsiyyəti, mövzu rəhbərliyi kimi sahələrdə yerli, milli və ya qlobal səviyyədə yaşanan dəyişmələr və xüsusilə professional is həyatı baxımından kritik müvəffəqiyyət faktorlarını müzakirə edəcək və təcrübələrini paylaşacaqlar.

Ünsiyyətin inkişaf istiqamətini, ortaya çıxan yeni ehtiyacların, yeni şərtlərin, meyllərin, tələblərin, dəyişən ictimai quruluşun və yeni razısalma proseslərinin təcrübəli peşəkarlar tərəfindən ələ alındığı və geniş olaraq gündəlik təcrübələrini paylaşıldığı forum, siyasət və iş dünyası baxımından da daşıdığı əhəmiyyət yaxından izlənilməkdədir. İstanbulda toplanılacaq Forumun mövzusu: "Böhranlar Və Şanslar: Ölkələr, Şirkətlər və Fərdi Etibar - Crisises Vs Chances: Country, Company and Personal Reputations" olaraq təyin olunmuşdur.

Forum - bir çox ölkələrin təcrübəli əlaqə peşəkarları İstanbula gələrək məlumat və təcrübələrini paylaşması baxımından olduğu qədər, dünyanın ən prestijli təşkilatları arasında qəbul edilən Davos Orqanizasiyası tərəfindən Türkiyədə edəcəyi ilk yığıncaq olması səbəbi ilə də böyük məna və əhəmiyyət kəsb edir. Forumda dünyanin bir çox ölkəsindən əlaqə mütəxəssisləri ilə bərabər Türkiyədən də təşkilati və fərdi təcrübələrini paylaşmaq üçün bir çox spikerlər iştirak edəcəkdir.

Forumun açılış nitqini (keynote speach), Hollivuddaki bir çox film studiyasının, kinosu ulduzunun və popstarların ünsiyyət müşaviri , Strateji Rabitə müşaviri - Allan Mayer (Los Angeles / ABŞ) edəcək. Bundan başqa digər natiqlər də bu adlardan ibarətdir:

1. Yanina Dubeykovskaya (İsveçrə) Davos Dünya Rabitə Forumu Qurucusu və başçısıdır. Beynəlxalq ünsiyyət rəhbərliyi və ictimai diplomatiya mütəxəssisidir.

2. Sean Gardner (ABŞ) - Huffington Post qəzeti "Twitter Powerhouses Series" qurucusu və yazarlarındandır.

3. Rasha Goel (ABŞ) - Beynəlxalq jurnalist və Emmy Mükafatı Namizədi televiziya prodüseridir. Hollywood ulduzları ilə etdiyi reportajları ilə tanınır.

4. Richard Linning (Ingiltərə) - Beynəlxalq İctimaiyyətlə əlaqələr Dernegi / IPRA keçmiş başçısıdır.

5. Jon-Hans Coetzer (İsveçrə) - GLION Yüksək Öyrətim İnstitutu rektorudur. Böhran, risk, etibar və beynəlxalq rabitə rəhbərliyi mütəxəssisidir.

6. Nurul Ashiqin Shamsuri (Malaziya) - İnformasiya və Məlumat katibi. Wanita Umno-da proqram direktorudur.

7. Gianni Catalfamo (İtaliya) - professional həyatına London / İngiltərədə davam etməkdədir. Beynəlxalq rəqəmsal və ictimai ünsiyyət mütəxəssisi və məsləhətçisidir.

8. İrina Baxtina (Rusiya) - professional həyatına Moskvada davam etməkdədir. Unilever qrupunun Şimali Afrika, Orta Şərq, Türkiyə, İsrail, Rusiya, Ukrayna və Belarus idarə heyəti üzvüdür.

9. Yekaterina Lavrova (Rusiya) - Rabitə və Cəmiyyət Diplomatiya mütəxəssisidir.

10. Vasily Dubeykovskiy (Rusiya) - Rabitə Markası mütəxəssisidir.

11. Michael Bociurkiw (Kanada) - jurnalist və yazıçı. Ukrayna ATƏT Özəl İzləmə Missiyası spikeri. UNICEF keçmiş spikeri.

Türkiyədən olan spikerlər isə - Temel Kotil, İbrahim Eren, Korhan Kurdoglu, Burak Karapınar, Defne Tozan, Ziya Erdem, Fatos Karahasan, Mehmet Gun, Arın Saydam, Bengi Vargul Sen iştirak edəcək.

3 Noyabr Cümə axşamı səhəri saat 9:00-da gerçəkləşəcək açılış mərasimi Davos Dünya Rabitə Forumunun sədri Yanina Dubeykovskayanın çıxışı ilə başlayacaq. Forumun dili yalnız İngiliscədir. Forum, açılış mərasimi sonrası başlayan və iki gün davam edən ardıcıl iclaslar halında tək salonda keçiriləcək. Hər iclasda bir moderator və üç spiker iştirak edəcək. Hər spikerin 20 dəqiqəni aşmayan təqdimatı sonrasında tamaşaçı iştiraklı müzakirə bölümünə keçəcək.

Forum milli və beynəlxalq səviyyədə iştiraka açıq olub, iştirak qiyməti 300 avrodur.

Qeydiyyat və ödəmə ilə əlaqədar web ünvanına müraciət edə bilərsiniz. Forumun web ünvanları belədir: http://davos.istanbul.edu.tr/ ;http://www.forumdavos.com/regional/16

Davos World Communication Forum Istanbul 2016 Official Partners

. Istanbul University
. Republic of Turkey Ministry of Culture and Tourism
. Turkish Airlines
. TRT World
. ATA Holding
. ATA Holding Arbeta Tourism Com.
. Invenura Holding
. Sabah Gazetesi

Qeyd edək ki, Facemark.az saytı bu tədbirin media partnyorudur

Bu bölməyə aid digər xəbərlər.