Yazırlar » Digital Marketing Conference 2015
Tarix : 2015-09-17 12:17:01 | Baxılıb : 1167
Font Ölçüsü:   |  

"Digital Marketing Conference"dan söhbət açacam. Necə və harada başladıq? Komandamız kimdir və necə davam edirik? Elə bu ilin İyun ayında Aytənlə rayona gedəndə maşında tədbirin planını və kontentini yazmışam. Sonra planı icra edəcək komanda yığmalıydım. Təşkilati işlər arxa fonda qalsa da əmin olun ki, layihənin 90% uğurunu o təşkil edir. Sənin komandanda olan hər bir kəs ən az sənin qədər məsuliyyətli, diqqətli olmalıdır.

Layihənin mahiyyətini dərk etməlidir. Bilməlidir ki, unudulan vacib detal tədbir günü çatışmazlıq yarada bilər. Komandanı "Marketing AİR"dən seçdim. AİR ilə görüşdük və qərarlaşdırdıq ki, təşkilati işlərdə Fidan Ağalarova, kreativdə isə Tamerlan İsmayılov (Brandup) məsuliyyəti öz üzərinə götürür. Marketinq Azərbaycan, facemark.az kollektivi və bu sahədə çalışan dostlarımız da hər zaman yanımızdadır. Facebook səhifəmizi 7 Sentyabrda açdıq və hələ xüsusi reklam etmədən nəticələrimiz bizi sevindirdi.

Marketerlərin marağı işimizdə həyəcanı artırdı. Bizdən gözləntinin yüksək olduğunu gördük. İnanın ki, hamımız tam ciddi çalışırıq ki, bütün bu gözləntilərə layiqli bir tədbir keçirək. Addım-addım planlı şəkildə irəliləyirik. Çox keçmədən, elə dünən "ADA"dan böyük zalı xeyir dua ilə aldıq.

Dəqiqləşdirdik ki, Digital Marketing Conference ilk dəfə bu il 31 Oktyabr tarixində ADA universitetində keçiriləcək. Tədbirdə 20-dən artıq yerli mütəxəssis Sizinlə öz təcrübəsini paylaşacaq. Sizə kiçik bir sirr açım ki, proqramda bəzi bonuslar olacaq. Məsələn, bu dəfə Sizə "duet presentation" təqdim edəcəyik. Biz çalışdıq ki, elə bir rəqəmsal konfrans edək ki, Sizin üçün xərci az, faydası çox olsun. Biletin qiyməti cəmi 25 AZN olacaq. Bütöv gün iştirak və nahar biletə daxildir. Siz minimal xərclə ən azı bu 3 faydanı əldə etmiş olursunuz:

1. Təcrübəli mütəxəssislərdən rəqəmsal marketinqin incəliklərinin, o cümlədən yerli keyslərin təhlilini eşidəcəksiniz.

2. Siz əmin olacaqsınız ki, bu sahədə tək deyilsiniz. Biz hər zaman bir-birimizlə təcrübəmizi paylaşaraq daha böyük nəticələr əldə edəcəyik.

3. 150-dən çox yerli şirkətin nümayəndələri ilə tanışlıq imkanınız olacaq. Gələcəkdə birlikdə layihə etmək imkanınız genişlənəcək.

Əgər çıxışları diqqətlə dinləsəniz əmin olun ki, 2016-cı il üçün rəqəmsal strategiyanızın qaralaması kitabçanızda olacaq. Digər faydaları və yenilikləri davamlı olaraq Sizinlə paylaşacam.