bu işdə bir niş var » Diqqətinizi cəmləyə bilməyiniz üçün yeni kəşf
Tarix : 2017-07-06 12:15:56 | Baxılıb : 169
Font Ölçüsü:   |  

Əgər işləyərkən və ya oxuyarkən diqqətinizi cəmləməkdə çətinlik çəkirsinizsə Hochu Rayu adlı ukraynalı dizayn şirkətinin istehsal etdiyi kaska sizin üçündür.

Bu kaskalar insanların işləyərkən diqqətlərinin dağılmaması, ətraf aləmin mənfi təsir etməməsi üçün onlara yardımçı olmaqla yanaşı cəsur rəngləriylə ofisinizə əyləncəli bir görünüş verir. Helmfon kaskaları müştərilərin istək və arzularına görə tərtib olunub və müştərilərinin özlərini superqəhrəman kimi hiss etməsini təmin edir.
Designboom.com'un verdiyi məlumata görə "Helmet" kaskaları səs azaldan materiallardan ( nitro boya ilə örtülmüş şüşə fiber və politelin köpüklü membran parça) hazırlanıb. Həmçinin Helmfonda sistem kartı, mikrofon, dinamiklər, batareya və ağıllı telefonlar üçün də yer ayrılıb. Bu məhsul tamamilə insanların konsentrasiyasını cəmləməsi və iş saatları daxilində məhsuldarliğini artırması üçün tərtib edilib. Helmfon açıq havada və başqa istənilən şəraitlərdə işləyə bilməyə mükəmməl şəkildə uyğunlaşdırılıb. Belə ki, bu kaskalarla videonu hərəkət etdirə, görüntüylə danışa, şəkilləri tənzimləməyə, zəng etməyə və zəngləri cavablamağa imkan yaradır. Hər bir vəziyyətdə rahat istifadə üçün bu kaskaların 3 forması var: çiyinlərə söykənən, divara bərkidilmiş, tavana bərkidilmiş.
Həmçinin iş yerlərinə qənaət etmək üçün də əla məhsuldur. Çünki, bir nəfərin edəcəyi telefon görüşməsi üçün artıq otaq ayırmağa ehtiyac yoxdur. Helmfon istifadəçisi bunu olduğu yerdə (insanların arasında olsa belə) rahatlıqla edə bilər.

Bu bölməyə aid digər xəbərlər.