digimark » DMC2017 ajiotajla başa çatdı - FOTO
Tarix : 2017-11-11 19:22:03 | Baxılıb : 1507
Font Ölçüsü:   |  

Noyabrın 11-də Bakıda 3-cü Rəqəmsal Marketinq Konfransı (DCM2017) keçirilib.

DMC2017-nin təşkilatçılarından olan Facemark.az xəbər verir ki, konfrans iki hissədən ibarət olub.

DMC2017- də iştirak edən spikerlər iş həyatlarında qazandıqları təcrübəni auditoriya ilə bölüşüblər. Konfransda toxunulan mövzulardan bir neçəsi isə rəqəmsal marketinqdə strategiyalar, sosial brendlər, post dizayn, milli keyslər barəsində olub.

Tədbirdə iştirak edən 13 spikerin çıxışı auditoriya tərəfindən ajiotajla qarşılanıb. Spikerlərin digital marketinq tendensiyaları, müasir bazarda çatışmayan nüanslar, gözləntilər barəsində 600 nəfərdən ibarət olan auditoriyanı məlumatlandırıblar.

Facemark.az-ın spikerlər ilə ayrı-ayrılıqda müsahibələri zamanı onlar deyib ki, bu dəfə keçirilən konfrans digər iki konfransdan auditoriyanın çox olmasına görə fərqlənib:

“Bir neçə il bundan qabaq Bakıda Rəqəmsal Marketinq Konfransı keçiriləndə də biz bu cür tədbirlərə insanların marağının artacağını bilirdik. Bu dəfə 600-ə yaxın auditoriyanın olması öz-özlüyündə sübut etdi ki, artıq şirkətlər başa düşür ki, hər bir müəssisənin marketinq strategiyası olmalıdır, eləcə də onlar anladı ki, şirkətlər üçün marketinq vacibdir”.

DMC2017-nin təşkilatçılarından olan Aysel Cəbrayılovanın sözlərinə görə, tədbir gözlədiklərindən də yüksək səviyyədə keçib:

“Təxminən 600 nəfər auditoriya DMC2017 üçün bir araya gəliblər. 8 saat keçməsinə baxmayaraq hələ də zalda 400 nəfərə yaxın iştirakçı var idi. Pozitiv ab-hava davam etdi. Hər kəs gələcəkdə öz işində tətbiq edəcəyi faydalı məlumatları özü üçün götürdü. Konfrans həm də böyük tanışlıqlar üçün lokomotiv rolunu oynadı”.

A.Cəbrayılova xatırlatdı ki, növbəti belə konfrans 2018-ci ilin noyabr ayında keçirilməsi planlaşdırılır:

“Növbəti konfransın bundan da yaxşı olacağına əminəm. Gələn il üçün proritetlərimizdən biri də odur ki, zalı böyüdək. Çünki, bu dəfə iştirakçı sayı gözlədiyimizdən də çox oldu. Bu da marketinq sahəsinə olan böyük maraqdan irəli gəlir”, - deyə təşkilatçı vurğulayıb.

“Avtoqraf” jurnalının təsisçisi, tanınmış sahibkar Ramin Musayevin DMC2017 barəsində olan fikirləri isə belə olub:

“Məncə, belə konfransların keçirilməsi və marketoloqların bir yerə toplanması və fikir mübadiləsi aparması, təcrübələrini bölüşməsi vacib məsələdir. Təəssüflər olsun ki, bəzən insanlar öz təcrübələrini digərləri ilə paylaşmaq istəmirlər. Məncə, spikerlər daha yaxşı olardı ki, uğursuz təcrübələrini auditoriya ilə paylaşsınlar. Düşünürəm, bununla digər insanların gələcəkdə edə biləcəkləri səhvlərdən sığortalamış olacaqdılar. Məncə, belə ideya daha yaxşı olardı.

Hər il marketinq konfransının keçirilməsi artıq ənənə halını alıb. Spikerləri eşitmək və onların təcrübələrinə qulaq asmaq maraqlı oldu. Hər dəfə belə konfranslarda spikerlər də özünəməxsus olurlar”, - deyə R.Musayev Facemarka bildirib.

Uğurlu iş adamı Fəxri Ağayev DMC2017 haqqında deyib ki, xaricdə yaşayanda istəklərindən biri də ölkəmizdə belə maarifləndirici konfransın keçirilməsi olub:

“Rafiq Vəliyevin təşkil etdiyi bütün tədbirlərdə iştirak edirəm. Mən uzun illər xaricdə yaşadığım dövrlərdə Azərbaycanda bu cür tədbirlərin keçirilməsini çox istəyirdim. Sevindirici haldır ki, artıq ölkəmizdə bu cür tədbirlər keçirilir. Ümid edirəm ki, bu cür tədbirlər beynəlxalq səviyyədə ölkəmizdə keçiriləcək. Spikerlər arasında görmək istədiklərimin hamısı var. Onların hamısı öz sahələrində peşəkardır. Bunları əməl və nəticələri ilə göstərmiş insanlardır".

Öz növbəsində, auditoriyanın konfrans barəsində fikirlərini operativ öyrənmək üçün sosial şəbəkələrə nəzər salmaq kifayət olub. Həmin postlardan bir neçəsini oxucularımıza təqdim edirik:

Qeyd edək ki, bu dəfəki Rəqəmsal Marketinq Konfransının özəlliklərindən biri də o olub ki, zala gələ bilməyənlər, sosial şəbəkələrdə canlı olaraq tədbiri izləmək şansı qazanıblar. O cümlədən konfransın daha da əyləncəli olunması üçün bahalı əşyaların uduşda olduğu lotoreya da keçirilib. Daha sonra qalib şəxs mükafatlandırılıb.

DMC2017 möhtəşəm bağlanış mərasimi ilə başa çatıb.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.