Ordan-Burdan » Dove Guardian-da Trampın "alternativ həqiqətini" lağa qoyan reklam yerləşdirdi
Tarix : 2017-01-31 13:06:18 | Baxılıb : 267
Font Ölçüsü:   |  

"Yeni antipersperant Dove sizin Wi-Fi-siqnalınızı yaxşılaşdıracaq" – bu və başqa reklam elanları #AlternativeFacts haştaqının müşayiətilə Britaniya qəzetlərində çıxdı.

İndiyə qədər amerika markaları, Trampın və ya onun tərəfdarlarının tənqid hədəfi olmaqdan qorxaraq səs-küydən qıraqda qalırdı. Lakin Böyük Britaniyada Dove və Ogilvy agentliyi vəziyyətdən xeyir götürmək qərarına gələrək Guardian və Times of London-un şənbə buraxılışlarında bir neçə reklam elanı yerləşdirdi. Onlar yeni prezidentin məsləhətçisi Kellienn Konvey-in "alternativ faktlar" haqqında yöndəmsiz qeydini lağa qoydular.

"Yeni antiperspirant Dove sizin IQ-nizi 40 bənd artıracaq", "Yeni antiperspirant Dove ilk dəfə Kleopatra tərəfindən istifadə edilmişdi" - #AlternativeFacts haştaqı ilə səhifədə yazılmışdır. Səhifənin digər üzündə həmin flakon #RealFacts haştaqı ilə "Yeni antiperspirant Dove sizin qoltuqlarınızın dərisini heç olmadığı qədər qoruyur”.

# AlternativeFacts – ABŞ-ın yeni prezidentinin mətbuat katibi Şon Spayserin yanlış bəyanatlarına cavab olaraq sosial şəbəkələrdə amerika istifadəçiləri tərəfindən buraxılmış yeni flashmob-dur. Ağ evdə öz birinci mətbuat konfransında çıxışı çərçivəsində o, iki dəfə yalan danışaraq bildirib ki, döşəmə üçün yeni örtüklər andiçmə mərasimində az sayda tamaşaçı iştirakı illüziyasını yaratmışdı.

“Andiçmə mərasimini əvvəlkilərdən çox insan, həm şəxsən həm də bütün dünyadan izləmişdir”- Recode nəşri Spayserin sözlərini sitat gətirib. Bununla belə, ekspertlər Barak Obamanın və Trampın andiçmə mərasimindən olan şəkilləri müqayisə edərək, qeyd ediblər ki, 2009-cu ildəki mərasimdə daha çox insan iştirak edib. Bu halda, KİV-də qeyd olunduğu kimi, 2013-cü ildə bu döşəmə örtükləri artıq var idi.

Təbii ki, Ağ evin mətbuat katibinin sözləri və onların reallıqla uyğunsuzluğu jurnalistlərdə maraq oyatdı. Onda NBC kanalının aparıcısı Çak Tod Donald Trampın məsləhətçisi Kellienn Konveydən soruşdu ki, niyə ağ evin mətbuat katibi ilk dəfə mətbuatın qarşısında çıxış edərək yalan faktları təqdim edir. Konvey özünü itirməyərək cavab verdi ki, faktlar yalan deyil "alternativdir". Bundan sonra, Twitter-dəki zarafatları artıq dayandırmaq mümkün olmadı.

"Mən mənim bəyannaməmdə #alternativefacts verməyə çalışırdım və 15 il həbs aldım", "Siz istəyirsiniz ki, mühəndis körpünün tikintisi zamanı materialların möhkəmliyi haqqında #alternativefacts istifadə etsin?", "Kimsə mənim bank hesabım üçün #alternativefacts mənbə tövsiyə edə bilərmi?" – istifadəçilər yazırdılar.

Ogilvy & Mather Worldwide-də bildiriblər ki, çap kampaniyası ABŞ-ın hüdudlarından kənara çıxmayacaq, lakin yaxın vaxtlarda bütün dünyanın görə biləcəyi sosial şəbəkələr üçün versiya çıxacaq.

Bu bölməyə aid digər xəbərlər.