Ordan-Burdan » Dove "İrqçi" reklamına görə üzr istədi
Tarix : 2017-10-17 16:51:09 | Baxılıb : 288
Font Ölçüsü:   |  

Dove’un Body Wash məhsulu üçün ABŞ-da yayımladığı Facebook reklamı, xüsusilə sosial media üzərindən topa tutuldu. Qara dərili bir xanımın köynəyini çıxararaq ağ dərili bir qadına çevrildiyi videoya ilk reaksiya göstərən şəxs, makiyaj artisti Naomi Leann Blake oldu.

Brend boykot təhdidləriylə qarşılaşan və bu reklamın brend tərəfindən necə təsdiqləndiyi soruşulan reklam üçün Dove cəbhəsindən üzrxahlıq gecikmədi. Brend öz açıqlamasında “Facebook-da yayımladığımız reklamda fərqli irqlərdən gələn qadınların təmsili mövzusunda bir diqqətsizlik etmişik. Səbəb olduğu narahatçılığa görə çox təəssüflənirik.” – dedi.

Mənbə: pazarlamasyon

Bu bölməyə aid digər xəbərlər.