digimark » Dünyanın ən sürətli kompüterinin adı açıqlandı - FOTO
Tarix : 2017-11-14 14:05:45 | Baxılıb : 109
Font Ölçüsü:   |  

Çin istehsalı “Sunway-TaihuLight” kompüterləri ABŞ və Almaniya mütəxəssiləri tərəfindən ildə iki dəfə keçirilən “dünyanın ən süətli 500 süper kompüteri” siyahısında birinci olub.

Facemark.az xəbər verir ki, kompüter hazırda 93 petaflop emal gücünə malikdir. Saniyədə 1 katrilyon emal gücü kimi tanınan petaflop, dünyanın ən sürətli kompüterlərinin çata bildiyi sürət olaraq ifadə edilir.

“Sunway-TaihuLight” son iki ildə keçirilən araşdırmada 4 sıralamada birinciliyi heç kəsə verməyib. Süper kompüter Çinin şərqindəki Ciangu əyalətinin Vuşi vilayətində yerləşən Beynəlxalq Süper Kompüterlər Mərkəzində saxlanılır.

Maraqlısı odur ki, ikinci siyahıda da Çin markası yer alıb. Çinin yeni istehsalı olan süper kompüter “Tienhı-2” isə 33,9 petaflopluq emal gücünə malikdir.

Bu bölməyə aid digər xəbərlər.