digimark » “eBay” istifadəçisi “Hondo Accord”un reklamını çəkdi – VİDEO
Tarix : 2017-11-08 10:46:00 | Baxılıb : 290
Font Ölçüsü:   |  

“eBay” istifadəçisi ikinci əl “Hondo Accord”un viral reklamını çəkib. “Reklam çarxını “YouTube” da 4 milyon nəfər izləyib.

Facemark. Adindex.ru-ya istinadən xəbər verir ki, “eBay” istifadəçisi ikinci əl 1996-cı il istehsalı olan “Hondo Accord”un reklam çarxını çəkib. Verge yazır.

Çarxda qeyd edilir ki, avtomobil onun qız dostuna məxsusdur. İkinci əl Hondo Accordun satılması üçün bu reklam çarxı çəkilib. Reklam çarxı bu sloqanla bitir. Cah-cəlal bu həyat tərzidir. Avtomobil 227 min km yol qət edə bilir.

“YouTube”da video 4 milyon dəfə izlənilib. “eBay”də ilk təklif qiyməti 499 dollardır. Forumun oxuyucaları onun qiymətini 4 gün ərzində 150 min dollara qədər yüksəldə biliblər. Amma eBay noyabrın 6-da hərracı qapalı edib. Buna görə də, hazırda avtomobilin qiyməti 3,3 min dollardır.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.