Yazırlar » Effektiv Mobil Marketinq Kampaniyasına necə uyğunlaşmaq lazımdır?
Tarix : 2011-12-02 00:00:00 | Baxılıb : 2653
Font Ölçüsü:   |  

İstənilən bir biznesi yaxşı inkişaf etdirə bilmək üçün düzgün marketinq strategiyası seçmək lazımdır. Məhz bu mobil marketinq kampaniyası yeni istehsal olunmuş hər hansısa yeni bir məhuslu və ya hər hansısa bir servisi yaxşı tanıtmaq üçün ən düzgün vasitələrdən biridir. Kampaniyalar çox zaman müştəriləri daha çox cəlb etmək üçün nadir mobil marketinq aksiyaları təqdim etməyə səy göstərirlər. Və beləliklə mobil marketinq kampaniyalarından istifadə etməklə istədikləri hədəfə çatmağa daha da yaxınlaşırlar. Mobil marketinq kiçik bir zaman ərzində o qədər çox bəyənildi və istifadə olundu ki, hətta yenilikçi bir inqilab belə yaratdığını demək olar. Artıq indiki dövrdə təşkilatlar SMS, MMS, Mobil Web və Mobile Reklam  - kimi proqrmalara küllü miqradra pul qoyurlar.

Mobil Marketinq müştərilərə  həm məlumat almaq üçün bir mənbədir, həm də çox əyləncəlidir. Mobil telefonlar artıq insanlar üçün yalnızca telefon funksiyası daşımır, həmçinin məlumat almaq üçün bir vasitədir. Bu kompaniyadan uğurla istifadə edə bilmək üçün şirkətlər bu reklamları çox aydın, hər kəsin başa düşəcəyi və hər kəsə maraqlı ola biləcək bir şəkildə qurmalıdırlar. Bəs siz elə bir  mobil marketinq kampaniyası tanıyırsınızmı ki, o insanları hər hanısa bir reklamla və ya məlumatla narahat etsin ? Sadəcə bir SMS və ya MMS dən istifadə etməklə çox qısa bir zaman içərisində böyük bir kütləyə istədiyiniz məlumatı çatdıra bilərsiniz. Amma Siz mobil marketinqlə etdiyiniz reklamın bir nəfər və ya hər kəs tərəfindən bəyənildiyinə necə əmin ola bilərsiniz. Və ya kampaniyanın bir parçası olaraq göndərilən mobil marketinqin oxunduğu və ya oxunmadan silnidiyi sizi nə zamansa narahat edibmi?

\"mobileSiz mobil marketinqin həqiqətən inandırıcı və ya effektiv olub olmadığına yalnızca günlük həyatınızda baş verən dəyişikliklər vasitəsi ilə şahid ola bilərsiniz. Gündəlik həyatımızda olan SMSlər kimi mobil marketinq vasitəsilə göndərilən bir çox SMSi oxusaq da bəzilərini maraqsız və gərəksiz gördüyümüz üçün oxumadan silirik. Belə bir vəziyyətin yaranmaması üçün SMSlər elə yazılmalıdır ki, insanlar onları oxduqları zaman onlara hər hansısa bir prespektiv verəcəklərinə əmin olsunlar. Mobile marktinq TV, radio kimi digər canlı reklam növləri ilə əlaqəli olanda daha çox efektiv olur. Məsələn, əgər TVdə təqdim olunan hər hansısa bir reklamda siz öz nömrələrinizi qeyd etsəniz, o zaman insanlara sizinlə əlaqə saxlamaq daha rahat olacaqdır. Və ya reklamda siz öz saytınızın URLni qeyd edə bilərsiniz ki, bu vasitə ilə də insanlar sizinlə əlaqə saxlaya bilsin.

Son zamanlarda Facebook da sosial şəbəkəsində mobil texnologiya vasitəsi ilə olunan reklamın indiki dövrə daha çox uyğun olduğunu bildirmişdir. Hətta Facebookdan telefon vasitəsi ilə istfadə edənlərin sayı həddən artıq böyük sürətlə çoxalmışdır. Həmçinin Google müxtəlif növ reklamlardan istifadə edə, iqtisadi qiymətləri bilmək üçün telefonlar üçün yeni bir proqram - Android yaratmışdır.
 

Bu yazara aid digər xəbərlər.