Buna bir ad ver » Elektrik enerji tarifləri arta bilərmi?
Tarix : 2017-10-27 16:32:18 | Baxılıb : 84
Font Ölçüsü:   |  

“Bakı şəhərində 2006-cı ildə elektrik enerjisi üzrə texniki itki 16,98% olduğu halda 2017-ci ildə bu göstərici 8%-ə çatdırılıb. Bu il regionlarda elektrik enerjisi itkiləri 10,1% təşkil edib”.

Facemark.az xəbər verir ki, bu sözləri “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov Report-a müsahibəsində deyib.

Bu gün Azərbaycanda qüvvədə olan elektrik enerjisi tarifləri “Azərişığ”ı qane edirmi? Yəni, “Azərişıq” ASC-nin büdcədən maliyyələşən təşkilat deyil, özü öz xərclərini qarşılayan, borclarını ödəyə bilən təşkilat olması üçün abunəçilərə satılan elektrik enerjisinin hər kilovatı neçə manat olmalıdır? sualına isə sədr belə cavab verib:

“Azərişıq” öz fəaliyyətini Tarif Şurasının müvafiq qiymət tənzimləmələri ilə həyata keçirir. Ümumiyyətlə, hər hansı enerji təchizatı müəssisəsinin rentabelli işləməsi təbii ki, həmin tariflərdə qeyd edilən marjadan asılıdır.

Yəni, tariflər və marja Tarif Şurası tərəfindən müəyyən edildiyi üçün mən sizə zəmanətli açıqlama verə bilməyəcəm.

Onu deyə bilərəm ki, əlbəttə, biz də böyük investisiya layihələri həyata keçirməyi istəyərdik. Bu da tarifdə marjanın böyük olmasına dəlalət edir.

Bu bölməyə aid digər xəbərlər.