Partnyorlar » Ən böyük Gənclər Mərkəzindən yayın ikinci ən böyük layihəsi – IB Kamp
Tarix : 2016-08-20 11:38:34 | Baxılıb : 911
Font Ölçüsü:   |  

Ölkənin ilk və ən böyük gənclər mərkəzi IB Club və Sparkasse Maliyyə Fondu, IB Kamp – Maliyyə savadlılığı adlı layihə ilə yaya damğa vurmağa hazırlaşır. 5-9 Sentyabr aralığında , Lənkəran rayonunun “Palıdlı Sahil” istirahət mərkəzində baş tutacaq düşərgədə IB Club Gənclərin İnkişaf Mərkəzi 7 illik “Öyrən, Əylən, Yaşa” sloqanını iştirakçılara hiss etdirmək niyyətindədir.

IB Kamp-a seçilənləri nələr gözləyir:

- Mütəxəssislər tərəfindən şəxsi inkişaf təlimləri.

- Maliyyə biliklərini artıracaq təlimlər.

- Təlimlər sonrası keçiriləcək hərəkətli Workshop oyunları

- Komanda çempionatları və qazanılacaq mükafatlar.

- 5 gün ərzində oteldə yerləşəmə və qida ilə təmin olunma.

- Disko Party, Qapanış mərasimi – Maskarad Party.

IB Kamp layihəsində 125 gəncin tamamilə Ödənişsiz iştirakı nəzərdə tutulub.

Layihənin baş sponsoru: Almaniyanın Sparkasse Maliyyə Fondu

Layihənin tərəfdaşı: LIB Dil dərsləri

Layihənin media sponsoru: facemark.az

İstək formunun göndərilməsi və müsahibə mərhələlərindən keçmiş şəxslər IB Kampa qoşulan 125 nəfərdən biri ola biləcəklər. Kampa qoşulmaq üçün IB Club üzvü olmayanlar da müraciət edə bilərlər.

İstək formu göndərmək üçün buradan istifadə edə bilərsiniz.

Bu bölməyə aid digər xəbərlər.