Ordan-Burdan » Ən iri reklam şirkətlərinin liderləri Trampın immiqrasiya haqqında fərmanına qarşı çıxış etdilər
Tarix : 2017-02-02 12:46:59 | Baxılıb : 491
Font Ölçüsü:   |  

Adweek-in yazdığına görə, Martin Sorrell (WPP), Con Ren (Omnicom), Cerri Bulman (Dentsu Aegis Network) və Maykl Rot (IPG) ABŞ-ın yeni prezidenti Donald Trampın miqrasiyaya nəzarət üzrə tədbirlərin kəskinləşdirilməsini nəzərdə tutan fərmanına qarşı fikrini bildirib. Yeni qaydalara əsasən, 90 gün ərzində İranın, İraqın, Yəmənin, Liviyanın, Suriyanın, Somalinin və Sudanın bütün vətəndaşlarının ABŞ-a girişi qadağan edilmiş, həmçinin 120 gün ərzində (Suriyadan – qeyri-müəyyən müddətə) istənilən qaçqınların qəbulu dayandırılmışdır.

Sorrellin mətbuat üçün hazırlanmış bəyanatında bildirilir ki, WPP qanunun şirkətin əməkdaşlarına və onların ailə üzvlərinə göstərə biləcəyi təsirdən narahatdır.

"XIX sonunda XX əsrin başlanğıcında Şərqi Avropadan Böyük Britaniyaya keçmiş nənə və babaların nəvələri kimi mən belə tədbirlərə instinktiv nifrət bəsləyirəm", – WPP başçısı əlavə edib.

"İnsanlar – bizim üçün ən əhəmiyyətli aktivdir və indi bizim əsas prioritetimiz –əməkdaşlarımıza, onların ailə üzvlərinə və bütün zərər çəkə biləcək insanlara dəstək olmaq və onları müdafiə etməkdir”, – Con Renin analoji mesajında deyilir.

Dentsu Aegis Network-da da həmçinin bildiriblər ki, əvvəlki kimi iş qüvvəsinin diversifikasiyası strategiyasını davam etdirmək niyyətindədirlər və şirkətin bütün əməkdaşlarına yardım edəcəklər.

Maykl Rot öz həmkarlarından daha irəli gedib. O, memorandum imzalayaraq, bütün IPG cəmiyyətinə müraciət edib.

"Bölmələr arasında istedadların azad axını istənilən beynəlxalq biznes üçün müvəffəqiyyət açarıdır. Bizim kimi xidmət şirkətlərinə milliyyətindən, dinindən və ya coğrafi yerindən asılı olmayaraq sürətli komanda yığmaq imkanına malik olmaq çox əhəmiyyətlidir. Yeni qadağanın bizim biznesimizə təsiri haqqında danışmaq hələ tezdir, lakin biz bütün əməkdaşlarımıza xatırlatmaq istəyiriik ki, IPG sizi müdafiə edəcək və istənilən lazımi köməyi sizə və sizin ailə üzvlərinizə göstərəcəkdir”, - deyə o, qeyd edib.

Google, Facebook, Twitter və Airbnb kimi böyük texnologiya şirkətlərinin rəhbərləri də ABŞ prezidentinin sərəncamını pisləyib və bu qanunun sahənin inkişafına mənfi təsiri barədə narahatlığını ifadə edib.

Bu bölməyə aid digər xəbərlər.