Ordan-Burdan » Ən maraqlı və ən soyuq çöl reklamları
Tarix : 2016-11-24 12:10:44 | Baxılıb : 643
Font Ölçüsü:   |  

Bir çox məşhur markaların buz və qardan etdikləri yaradıcı reklamları Sizlərə təqdim etmək istəyirik

McDonald's-ın İsveçrədə yerləşdirdiyi qeyri-adi bilbordda bildirilir: “Dondurma üçün heç vaxt soyuq olmur”

Reklam elə hazırlanıb ki, bilbordun üzərinə tökülən qar dondurma üzərində “papaq” yaradır.

McDonald's-ın daha bir reklam lövhəsi, Uistler Kanada şəhəri yaxınlığında sürücülərə hava şəraiti haqqında məlumat verməyi öz üzərinə götürür və eyni zamanda espressonu da reklam edir. İçki üzərində olan qaymağın səviyyəsi real vaxt rejimində qar yağıntı göstəricisini əks etdirir. Layihənin müəllifi Kanada kommunikasiyalar agentliyi Cossette olmuşdur.

Eyni komanda 2012-ci ilin yay ayında McDonald's üçün əsl buz parçalarından hazırlanmış reklam konstruksiyası etmişdir. “Soyuq” qurğu Kanada sakinlərini məlumatlandırırdı ki, restoran şəbəkəsində 1 dollarlıq içki ilə sərinləşmək olar.

Reklam məqsədilə soyuqdan istifadə etməyi sevən avtomobil brenlərinə keçək. Məsələn, ŠKODA, bazara çıxmaq münasibətilə Yeti modelini dondurmaq qərarına gəlib. 2014-cü ildə buz blokuna yerləşdirilmiş avtomobil, Londonun Covent Garden meydanında nümayiş etdirilmişdir. Layihə JCDecaux reklam agentliyi tərəfindən hazırlanmışdır.

Bu kampaniya çərçivəsində avtobrend müsabiqə keçirərək Londonlulara avtomobilin buz ilə birlikdə çəkisini tapmağı təklif etmişdir. Qalibi səxavətli mükafat gözləyirdi - Yeti Outdoor avtomobili.

Buna bənzər layihəni 2004-cü ildə Londonda Volkswagen avtomobil brendi həyata keçirir. Volkswagen Polo Twist modelinin təşviqi çərçivəsində DDB London komandası heykəltaraş dəvət edərək, 9 tonluq buz blokundan avtomobilin tam ölçüsünü yondurmuşdur. Heykəltaraşın işi 350 saatdan çox davam etmişdir. Şəhərin mərkəzində yerləşdirilmiş bu avtomobil heykəli 12 saat ərzində əridi. Qısa ömrünə baxmayaraq, konstruksiya mətbuatda çoxlu səs-küy yaratmış və londonluları sevindirmişdi.

Ötən il meksikanın mineral su brendi Topo Chico, içkinin təravətini nümayiş etdirmək üçün dayanacağın bir hissəsini buz və laymla bəzəmişdir.

Osloda isə dayanacağın divarına əsl balaca qar yağdıran qurğu yerləşdirmişlər. Bununla da Norveç reklamçıları, sakinlərə Tryvann Winter Park dağ kurortundakı hava haqqında məlumat verirdilər.

Bu bölməyə aid digər xəbərlər.