Buna bir ad ver » Ən məşhur lüks marka hansıdır? – Reytinq
Tarix : 2017-11-07 17:28:00 | Baxılıb : 133
Font Ölçüsü:   |  

“Business of Fashion” nəşri Lyst platforması ilə əməkdaşlığı nəticəsində 2017-ci ilin 3-cü rübünün ən lüks markalarının reytinqini tərtib edib.

Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, reytinqdə birinci yeri “Balenciaga” markası tutub. O bu ilin ikinci rübü ilə müqayisədə reytinq cədvəlində iki pillə yuxarı qalxıb. Buna təsir edən amillər arasında yeni firma üslubu olub. İkinci yerdə isə bundan əvvəlki reytinqdə birinci olan “Gucci” brendi olub.

Tədqiqatçıların müəllifləri onu ən dözümlü lüks marka elan ediblər. Off-white brendi isə reytinq cədvəlində 31 pillə irəliləyib. Qeyd edək ki, bu marka ABŞ-da liderlik təşkil edir. Tədqiqat gedişində 12 min marka araşdırılmışdı.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.