bu işdə bir niş var » Ən yaxşı marka "Coca-Cola" oldu
Tarix : 2015-02-27 10:05:40 | Baxılıb : 1308
Font Ölçüsü:   |  

Global marketinq firması "Warc" tərəfindən edilən sıralamada "Coca-Cola" dünyanın ən yaxşı markası olaraq elan edildi. "Unilever" isə ən yaxşı reklamverənlər sıralamasında birinciliyi qazandı.

"Warc" tərəfindən hazırlanan siyahılar marka, marka sahibləri və agentliklərin strateji yarışlarına əsaslanaraq hazırlanır. Buna görə ən yaxşı markalar siyahısında "Coca-Colan"ı təqib edən Mercedes-Benz, Toyota və Audi oldu.

"Unilever"in ardından gələn markalar isə Procter & Gamble, Coca-Cola, PepsiCo və Mondelez oldu. Warcın ən yaxşı 100 kampaniyası siyahısında birinciliyi "Unilever Hindistan"ın Qan Khajura kampaniyası aldı. Unilever markası Dove, Braziliyadakı Real Beauty Sketches kampaniyası ilə ikinci, Travel Yourself Interesting kampaniyası ilə Expedia isə üçüncü oldu. Ölkə kateqoriyasında ABŞ və İngiltərə ilk sıralarda yer aldı. Holding şirkəti kateqoriyasında birinciliyi WPP, agentlik network kateqoriyasında isə ilk sıranı BBDO Worldwide aldı.

Bu bölməyə aid digər xəbərlər.