Ordan-Burdan » Ən yaxşı Milad çöl reklamları
Tarix : 2016-12-24 13:08:30 | Baxılıb : 885
Font Ölçüsü:   |  

Hər il Yeni il ərəfəsində brendlər bu bayramdan məharətlə istifadə edərək, alıcıların diqqətini cəlb etməyə çalışır.

Xoşbəxt bayram reklamı sahəsində çox illərdi veteran olaraq qalan Coca-Cola 2014-ci ildə, tropik Sinqapur və qarlı Finlandiya küçələrində bir ölkədən digərinə qar göndərə bilən xüsusi digital bilbordlar quraşdırdı. Finlilər qarı xüsusi boruya atdıqda, sinqapurlular onu dünyanın o biri başından tuturdular.

Heineken pivə brendi JWT Beirut komandası ilə birgə xüsusi olaraq Milad bayramı üçün, üzərində 20 metrlik ağ-qara butulka əks olunan nəhəng işıqlı interaktiv bilbord hazırlamışlar. O 400 neon zolaqlardan ibarət idi. Kampaniya çərçivəsində pivəçilər www.coloryourchristmas.com saytı işə salmışdılar. Burada istifadəçilərdən qeydiyyatdan keçmək və butulkanı doldurmağa kömək etmək xahiş olunurdu.

Sayta keçid birbaşa nəhəng butulka ilə bağlı idi. Hər dəfə “istifadəçilərdən ibarət” yaşıl zolaq dolduqda, bilbordda uyğun neon zolaq yanırdı. Dekabrın 24-də butulka tamamilə işıqlandı. Layihədə 26,900 unikal ziyarətçi iştirak etdi , sayt isə 129 ölkədən 50 mindən çox baxış yığdı.

Buna bənzər bir layihəni 2012-ci ildə Londonda Opel avtobrendi həyata keçirmişdi. Şirkətin marketoloqları şəhərin küçələrində öz maşınlarının hissələrindən yığılmış yolka quraşdırmışlar. Yolka yanında dayanmış Opel Ampera elektromobilin köməyilə işıqlandırılırdı.

Soyuq meqapolis küçələrində bəzədilmiş yolkadan başqa daha nə bayram əhval ruhiyyəsi yarada bilər? Əlbətdə ki, əsl qar kürəsi! Belə bir “oyuncağı” MINI avtomobil brendi Nyu-Yorkda quraşdırmışdı. Marka marketoloqları amerikalılara MINI Countryman avtomobilinə nəzər salmağı təklif edirdilər.

Paris sakinləri isə bayram ərəfəsində gözəlliklə deyil ev rahatlığı ilə sevindirildi. Bu missiyanı IKEA öz üzərinə götürərək, 12 ictimai nəqliyyat dayanacağını isti otaqlara çevirərək, yumşaq divan, kitab rəfləri, lampa və rəsmlərlə bəzədi.

Tənzimləyici orqanların ciddi qaydaları şərabçılara açıq şəkildə öz məhsullarını reklam etməyə imkan vermir. Lakin onlardan ən yaradıcıları Milad ərəfəsində bilbordda olmaq imkanını əldən vermirlər. Məsələn, Sloveniya şərab markası bütün məhdudiyyətləri gözəl şəkildə keçərək, reklam lövhələrində butulka şəklində işıqlarla bəzədilmiş yolka ağacı şəklini əks etdirdi.

Bu bölməyə aid digər xəbərlər.