digimark » “Ericson”: 2020-ci ildə kontentin 50%-i mobil olacaq
Tarix : 2017-11-10 10:22:27 | Baxılıb : 95
Font Ölçüsü:   |  

İsveç şirkətinin proqnozuna görə, 2020-ci ildə istifadəçilər kontentin yarısına mobil qurğular vasitəsilə baxmağa başlayacaqlar.

Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, “İsveç telekommunikasiya avadanlıqlarının istehsalçısı olan “Ericson” şirkətinin hesabatına görə, 2020-ci ildə xətti video və VOD xidmətlərinə görə tələb bərabər olacaq”, - deyə The Drum yazıb.

Eyni zamanda, bütün mobil baxışların 50%-i smartfonlar üzərindən aparılacaq.

Bu proqnoz istehlakçıların izləyicilərin baxış saylarını detaylandırmaq üçün ConsumerLab televiziya və mediayasının inkişaf etdirilməsi ilə əlaqədar “Ericson”un səkkinzi illik hesabatına əsaslanır. Tele və videokontent izləyicilərinin sayı rekord səviyyədə artıb. Həftədə 30 saat. (16-19 yaş arası baxış isə həftədə hətta 33 saatdır). 2010-cu ilə nisbətən bu rəqəm 10 saat artıqdır.

Bu izləyicilərin 60%-i isə istədikləri kontenti seçiblər bu isə 2010-cu ilə müqayisədə 50% artıb. Kontent izləyicilərinin 70% i isə smartfonlar vasitəsilə kontent seçiblər. Bu isə 2012-ci illə müqayisədə 2 qat çox rəqəm deməkdir.

Lazım olan kontenti tapmağa çətinlik çəkən auditoriyanın sayı artıb. Tədqiqatda iştirak edən 10 nəfərdən 6-ı hesab edir ki, lazım olan kontenti tapmaq çox vacibdir, auditoriyanın 70%-i isə TV və radio üçün universal axtarış istəyir.

Gələcəkdə VR texnologiyası ilə sosial mediada baxış saylarını müəyyən edən metrik cihaz hazırlanacaq. Proqnozlara görə, auditoriyanın 1/3-i VR istifadəçisi olacaq. Burda bəzi problemlər ortaya çıxacaq. Belə ki, VR qurğularını almaq istəyən istehlakçıların 50%-i daha ucuz variantlara üstünlük verir.

Auditoriyanın digər 1/3 -i isə istəyir ki, bu qurğu televiziya sayğacları ilə birlikdə paket kimi təqdim edilsin.

Ülviyyə Əlizadə

Bu bölməyə aid digər xəbərlər.