fmr sorğu » Ətiri hansı mağazadan alırsınız (sorğu)
Tarix : 2013-03-07 13:44:00 | Baxılıb : 4635
Font Ölçüsü:   |  

Ötən il olduğu kimi bu il də Facemark.az olaraq facebook istifadəçiləri arasında sorğu keçirdik. Sorğumuz mövsümə uyğun oldu. Belə ki, mart ayı bayram ayları olduğu üçün hər kəs hədiyyə seçiminə diqqət edir. Bütün dünyada olduğu kimi Azərbaycanda da hədiyyə kimi ən çox ətir hədiyyə olunur. Bu səbəbdən biz də facebookda "Ətiri hansı mağazadan alırsınız?" deyə sorğu keçirdik. 

Sorğunun linki - https://www.facebook.com/questions/536350213055101/ 

 

Nəticə:

 

Sorğuda 10 cavab variantı var idi. Sorğunun keçirildiyi 5 gün ərzində ümumi 10 419 insan səs verdi. Ümumilikdə sorğunu 252 mindən çox facebook istifadəçisi görüb. 1173 bəyənmə, 315 şərh qeydə alınıb. Beləliklə, sorğudakı səslər aşağıdakı kimidir:

 

  1. İdeal parfum və kosmetika mağazaları - 6347 səs (60.9%)
  2. Sabina parfum və kosmetika mağazaları - 1940 səs (18.6%)
  3. Oriflame - 482 səs (4.62%)
  4. Duty Free - 410 səs (3.93%)
  5. Xaricdən alıram (burdakıların keyfiyyətinə, orijinallığına inanmıram) - 387 səs (3.71%)
  6. La Parfumerie - 244 səs (2.34%)
  7. Topdanlardan, metro keçidlərindəki yerlərdən, qramla satılan yerlər - 230 səs (2.20%)
  8. Parfums De France - 174 səs (1.67%)
  9. İnternet mağazalardan - 138 səs (1.32%)
  10. Maryam Gallery - 57 səs (0.54%).

 

Gördüyümüz kimi, səslərin böyük əksəriyyətini, yəni 60.9%-ni İdeal tutur. Buna əsaslanıb deyə bilərik ki, İdeal keçən il ilə müqayisədə bazar payını 33.7% artırıb. Məsələn, keçən ilki eyni tipli sorğuda səslərin 44.5%-i İdeala məxsus idi. İndiki halda ən yaxın izləyicisi olan Sabinadan 3.2 dəfə öndədir. Bu o deməkdir ki, keçən il ilə müqayisədə Sabina bazar payını 4% itirib. Keçən ilki sorğuda səslərin 22.6%-i Sabinaya məxsus idi. Təxmini təhlil etsək görərik ki, İdeal bazar payını təkcə rəqibinin bazar payı hesabına deyil, ən çox digər potensial yeni müştəri cəlbi ilə nail olub. 3-cü yerin sahibi isə ilk 2 yerdən çox geridə qalır. Şəbəkə yolu ilə satılan Oriflame 4.62% səs toplaya bilib. Duty Free və xaricdən alanlar bir yerdə 7-8% paya sahibdir ki, bunu da az rəqəm hesab etməmək lazımdır. Belə ki, sorğuda iştirak edənlərin 50%-nin gənc olduğunu nəzərə alsaq, əslində xaricdən alanların realda daha çox olduğunu demək olar. Bu həm də o deməkdir ki, hələ də ölkə daxilindəki mallara inam yetərincə deyil. Parfum və kosmetika mağazaları şəbəkəsindən olan La Parfumerie və Parfum de France isə demək olar ki, bazar paylarını 90% itirənlərdəndir. İnternet mağazalar da ölkəmizdə az olmasa da, yenə də bu cavab variantına səs verənlər azlıq təşkil edir. Əslində rəsmi fəaliyyət göstərən internet mağaza olmadığına görə insanların ola bilsin ki, oradan ətir almağa marağı o qədər yoxdur. 

Səsvermənin nəticələrində təbii ki, keçən illə müqayisədə şirkətlərin marketinq aktivliklərinin də rolu böyük olub. Məsələn, bu il Golden Rose, İnglot kimi mağazalar bazarda çoxdan olan La Parfumerie və Parfum de France-dan daha aktiv olub. Hətta növbəti sorğuda Golden Rose və İnglotu da salmağı düşünürük. Sabina ənənəvi reklam vasitələrindən il boyu istifadə edib, məsələn, hər reklamda eyni imicdən istifadə olması, fərqli konsepsiyadan istifadə etməmələri hiss olunur. Onun əsas rəqibi İdealda isə daim fərqli yeniliklər olur, geniş kütləyə yönəlik aktivliklər qeyd olunur. Təsadüfi deyil ki, İdeal facebookdakı Azərbaycan şirkətləri arasında ən çox fanı olan 3-cü şirkətdir. Əslində isə bazarın potensial payının daha çox olduğunu demək olar. Sadəcə bunların çox rəsmi qeydiyyata alınmadığına görə real rəqəmləri bilmək çətindir. Məsələn, metro keçidləri, topdan və xırda pərakəndə mağazalar, lisenziyasız, qeyri-rəsmi yollarla məhsul gətirib satanların bazarda payının az olmadığını söyləmək olar. Burada təbii ki, əsas faktoru qiymət oynayır. Ucuz qiymət daha çox insan cəlb edə bilir.

 

Facemark.az-ın bir sorğusu da belə başa çatdı. Növbəti dəfə daha faydalı olmaq ümidilə...