Ordan-Burdan » Facebook 2016-cı ilin ən çox müzakirə olunan mövzularının adını açıqladı
Tarix : 2016-12-12 11:17:59 | Baxılıb : 275
Font Ölçüsü:   |  

Facebook 2016-cı ilin ən əhəmiyyətli hadisələrinin siyahısını tərtib edib və həmçinin ən məşhur Facebook Live videoların adını açıqlayıb.

ABŞ-da prezident seçkiləri artıq ikinci ildir ki, Facebook-da ən çox müzakirə olunan hadisələr siyahısında birinci yeri tutur. Reytinqdə həmçinin, Pokemon Go, Olimpiya oyunları, Black Lives Matter kampaniyası və Məhəmməd Əlinin ölümü yer alıb.

Bu ilin Top 10 hadisələri:

1. ABŞ-da prezident seçkiləri

2. Braziliya siyasəti

3. Pokemon Go

4. Black Lives Matter kampaniyası

5. Rodriqo Duterte və Filippin prezident seçkiləri

6. Olimpia oyunları

7. Brekzit

8. Superboul 2016

9. Devid Bouinin ölümü

10. Məhəmməd Əlinin ölümü

Facebook həmçinin 2016-cı ilin aprelində istifadəyə vermiş Facebook Live-in top 10 ən məşhur videolarını paylaşıb.

Dünyada Top 10 Facebook Live:

1. Kendas Peyn, Chewbacca Mom

2. Ted Yoder, Soundscapes

3. Buzzed, Countdown to the next presidential election

4. Atlanta Buzz, People are lining up to hug police officers in Dallas

5. NBC News, Election results

6. Under the Hood, Video of a truck completely carved out of wood

7. Viral Thread, Population count from US to CA

8. CNN, Election results on Empire State building

9. Dena Blizzard, Pokemon Go for moms “Chardonnay Go

10. Super Deluxe, Election map