digimark » Facebook audio yayım test edir
Tarix : 2016-12-22 11:44:38 | Baxılıb : 544
Font Ölçüsü:   |  

Facebook audio yayım test edir. Bu barədə şirkətin bloqunda məlumat verilib. Sosial şəbəkə qeyd edir ki, yenilik kontentini belə bir formatda təqdim etmək istəyənlər üçün nəzərdə tutulmuşdur ki, bu radio və ya bloqerlər ola bilər. Bundan əlavə, bu format aşağı internet sürətinə malik sahələr üçün uygundur.

Sosial şəbəkənin nümayəndələri həmçinin qeyd edib ki, bəzi istifadəçilər audio yayım yaratmaq üçün Facebook API və başqa yollardan istifadə edirdilər. Yəni funksiyaya tələb var idi və sosial şəbəkə onu təqdim etdi.

İstifadəçilər audio yayımı Android və iOS üçün Facebook tətbiqetmədə dinləyə bilərlər. Android ilə fonda dinləmək mümkün olacaq, İOS-da isə proqramı açıq saxlamalı olacaqsınız.

Yeni xidmətin təşviqi üzrə ilk tərəfdaşlar arasında “Bi-bi-si dünya xidməti” və LBC radiostansiyaları, eləcə də HarperCollins nəşriyyat şirkətinin adları çəkilir.

Xidmət geniş istifadəçi dairəsi üçün 2017-ci ildə təqdim olunacaq.

Bu bölməyə aid digər xəbərlər.