digimark » Facebook biznes üçün sosial şəbəkə buraxdı
Tarix : 2016-10-18 14:19:47 | Baxılıb : 724
Font Ölçüsü:   |  

Facebook rəsmi olaraq biznes üçün xidmət – Workplace buraxıb. Facebook-un mətbuat xidmətinin məlumatına görə, platforma sosial şəbəkənin korporativ istifadəçiləri üçün uyğunlaşdırılmış təcrid versiyasıdır.

Workplace təşkilatlara səmərəli iş proseslərini yaratmağa kömək edəcək. Platforma tam olaraq bütün mobil formatlara uyğunlaşdırılıb.

Facebook Workplace-in testinə bir ildən çoxdur ki, başlamışdır. Beləliklə, artıq rəsmi buraxılış anında bütün dünyada minlərlə təşkilatlar xidmətin istifadəçisi oldu. Workplace xüsusilə, Hindistan, Norveç, ABŞ, Böyük Britaniya və Fransada məşhur olmuşdur.

Servisə giriş istənilən təşkilat üçün açıqdır, lakin o, hər bir fəal istifadəçi üçün aylıq ödəniş nəzərdə tutur. Buna görə də, şirkətlərə öz əməkdaşları üçün Workplace-i açmaq sərfəlidir – nə qədər çox istifadəçi olarsa, adambaşına xidmət xərcləri bir o qədər az olar. Qeyri-kommersiya təşkilatları və təhsil müəssisələri xərclərdən azad olacaq. Üç ay ərzində bu, xidmətin pulsuz sınaq versiyasını test etmək mümkün olacaq.

Servisdə heç bir reklam yoxdur, Workplace-lə işləmək üçün istifadəçilər ayrıca Facebook profilindən istifadə edə bilərlər. Son 18 ay ərzində xidmətə - bir neçə şirkətlər üçün qruplar, Live video funksiyası, avtomatik tərcümə, çatdaxili videozənglər, məşhur postlar, axtarış filtrləri və s. kimi funksiyalar əlavə edilib.

Bu bölməyə aid digər xəbərlər.