digimark » Facebook elektron açarın köməyi ilə hesaba giriş funksiyasını təqdim etdi
Tarix : 2017-01-30 13:13:46 | Baxılıb : 545
Font Ölçüsü:   |  

İndi elektron açarın köməyi ilə Facebook sosial şəbəkəsinə daxil olmaq mümkün olacaq. Bu barədə şirkətin bloqunda bildirilir. Bunun üçün təhlükəsizlik açarını, identifikasiyanın əlavə forması qismində qeydiyyatdan keçirmək lazımdır. Bu, məlumatları qorumağa imkan verəcək. Bundan başqa, bu funksiya digər müdafiə metodları ilə müqayisədə daha sürətli işləyir.

Sosial şəbəkəyə girmək üçün, istifadəçi USB birləşdiricini daxil edərək öz şəxsiyyətini təsdiq etməlidir. Elektron açarı həmçinin Google və ya Dropbox hesablarına giriş üçün də tətbiq etmək olar.

Hal-hazırda funksiya bütün mobil qurğular üçün mövcud deyil və şirkətdə ondan başqa təhlükəsizlik metodları ilə birlikdə istifadə etməyi məsləhət görürlər.

Bu bölməyə aid digər xəbərlər.