Yazırlar » Facebook “event” nə üçün lazımdır?
Tarix : 2016-07-01 11:11:43 | Baxılıb : 478
Font Ölçüsü:   |  

Yəqin ki, bir çoxlarınız Facebook-da hansısa tədbiriniz üçün "Event" yaratmısınız. Yaratmasanız da belə, bu tədbirlərə elektron dəvət (invite) almısız. Mən toya da çağırılmışam Bu yazımda Sizinlə offline tədbirlərin onlayna daşınmasından danışacam.

Fikir vermişəm, şəhərin müxtəlif hissələrində, Ticarət Mərkəzlərində və s. yerlərdə böyük həcmli aktivliklər edirik amma onu onlayna daşımırıq. Daşıyanlar da var, məsələn "Red Bull". Səhifənin "Events" hissəsinə daxil olsanız, dünyanın müxtəlif yerlərində keçiriləcək tədbirlərin təqvimi ilə tanış ola və abunə ola bilərsiniz. Bəs niyə bu təcrübə bizdə azdır? Nə üçün lazımdır? və s. sualların cavabını ümumiləşdirib Sizinlə paylaşacam.

Niyə tədbirləri onlayna daşımağı tövsiyə edirəm:

1. Daha çox kütləyə çatacaqsınız. Səhifənizi bəyənən insanlar, onların dostları və "eventi" görən hər kəs xəbərdar olacaq. Bu o deməkdir ki, təkcə tədbir olan məkandan keçənlər deyil, Sizin öz müştəriləriniz/izləyiciləriniz (Fans) (potensial müştəriləriniz) də xəbərdar olacaq və bir çox hissəsi qoşulacaq. Bunun üçün kiçik bir plan lazımdır. Deyək ki, hardasa stend qoyub, promo paylayacaqsınız.

Tədbirə hardasa 1-2 həftə qalmış Facebook-da "event" yaradın. Event yaradarkən visuallara, onun adına, mətninə, məkanına fikir verin. Uzun-uzadı adlar yazmaq, kitab cümlələri qoymaq lazım deyil. Kimdi onu oxuyan? Visualdan tədbirin nə olduğu hiss olunmalıdır və ad konkret olmalıdır. Mətn hissəsində isə "Niyə bu adam gəlsin" sualının cavabı olmalıdır. Çox sadə prosesdir, bir dəfə test üçün yaradıb, baxın. Bir də qısa, yaddaqalan həştəq düşünün. (Offline platformada ictimailəşdirdiyiniz həştəqlə eyni olmalıdır,fərqli olmaz)

Tədbir başlamamışdan müəyyən postlar edin. Bu tizer, maraqlandırıcı sual, hazırlıq prosesi, az qaldı və s. tipli ola bilər. Siz hər dəfə post edəndə dəvətlilərə (invite edilənlərə) xəbərdarlıq (notification) gedir.

Tədbir günü məkanı, orda baş verənləri çəkib qoyun. Türkiyədə demək olar ki, bir çox T/M-də stendlərin yanından keçəndə saxlayırdılar ki, gəlin şəkil çəkdirin, filan həştəqlə. Sonra çıxarıb o şəkli verirdilər. Bizdə də çox şükür, Boxx aparatı var, rəngli printer və s. Yəni,şəkli çıxarmaq problem deyil. Elə ordaca həm səhifənizə yükləyə, həm də istifadəçiyə çıxarıb verə bilərsiniz. Hər şey operativ olmalıdır. Tədbirin hər anına uyğun videolar olmalıdır. Çəkiliş anı, prosesin özü, müsahibə, ordakı müştərilərin sevinci, emosiyaları.. Kobud desək, Biz onlaynda çatdırmalıyıq ki, gəlmədiz baxın nələr itirdiniz İndi hamı sosial şəbəkədədir və inanın insanlar öz şəkillərini brendin səhifəsində görməyi sevirlər. Gecikən materiallar bizdən müştəri aparır. Ona görə real-time etmək lazımdır.

Tədbir bitən gündən sonra isə istifadəçilərə hesabat veririk və təşəkkür edirik. Onlarsız işimiz alınmazdı düzdü? Hesabat və təşəkkürə ümumi hazırlanmış video çarx, infoqrafika daxildir. İstifadəçiləri inandırmaq lazımdır ki, hər şey əla keçdi! Yaxşı ki, gəldiz, Sizin sayənizdədir. Gəlməyənlər üçün "davamlı yeniliklər olacaq" tipli mesajlar vermək lazımdır. Əmin olun ki, event-də yaxşı ünsiyyət yaranacaq. Geridönüşləri (Feedback) eşidib, növbəti layihələr üçün zəmin hazırlamış olacağıq.

2. Səhifənizi izləyənlər üçün əlavə dəyərdir. Fikir vermişəm, insanlara hansısa iş haqqında fikir soruşanda maraqla cavab verirlər. Beləliklə, event yaradanda onların gözləntiləri ilə tanış olacağıq. İndi elə bir dövrdür ki, yeni müştəri cəlbi ilə paralel cari müştəriləri də düşünmək lazımdır. Rəqabət böyükdür. Hər an başqasını seçə bilərlər. Bizi seçsinlər deyə onlara xidmətdən əlavə dəyər verməliyik. Onlarsız alınmır, qəbul edək

3. Həm offline həm də online fərqli formatda eyni mesajı verməlidir. "Keyfiyyət sərfəlidir" konsepti yazdınızdadır? Hər iki platformada elə propaganda edildi ki, keyfiyyət və sərfəli sözü eyni cümlədə işlədiləndə elə bilirəm söhbət "P&G"-dən gedir.

Ola bilər bunu oxuyandan sonra Sizdə belə bir sual yaransın ki, FB event-ə (1 nəfərə) maks. 500 adam dəvət etməyə icazə verir, çox sayı spam hesab edir. Bu halda event-i necə daha çox izləyiciyə çatdırmaq olar? Sualın cavabı olaraq deyim ki, həll olunmayan heçnə yoxdur.

1. Eventi yaratdıqdan sonra səhifədə də paylaşın və izləyiciləri paylaşmaları üçün motivə edin. Bilirsiz də FB alqoritmində dünən dəyişiklik etdiyini açıqladı. Yeniliyə görə istifadəçilər daha çox öz dostlarının paylaşdıqlarını görəcəklər. Bu o deməkdir ki, FB səhifənizdə "organic reach" azalacaq. Ona görə də kontenti elə etməliyik ki, istifadəçi paylaşsın. Bu arada paylaşanda mətnsiz paylaşmayın. Ümumiyyətlə, yeri gəlmişkən deyim ki, mətnsiz paylaşılan postları can dərdi paylaşıldığı bilinir. Mütləq 1-2 cümlə öz fikrinizi yazın. İzləyicilər bilsin ki, nə edirsiz. Çalışmalıyıq ki, onlarda abunə olmağa maraq yaradaq. Bu da ancaq kontentin faydalılığı və zənginliyi əsasında ola bilər. Abunə olsalar, FB onlara özü xəbərdarlıq (notification) göndərəcək.

2. Siz event-ə öz dostlarınızı dəvət edə bilirsiniz. “İnvite” dəvət etmək üçün klik edəndə FB Sizə xüsusi siyahı təqdim edir. Baxa bilirsiz ki, hansı dostunuz hansı tədbirə dəvət alıb, gedib və ya getməyib. Orda filtr çoxdu, qrup üzvlərinə görə, səhifələrinizə görə və s. Yəni, biraz təhlil edib, tədbirə gəlməsini istədiyiniz dostlarınıza invite göndərin.

3. Bunu deməsəm də olar, bilirəm. Hər ehtimala yazım qalsın. Daxili PR çox önəmlidir. Yəqin ki, bir çox şirkətlərdə bütün çalışanlara şirkətin SM fəaliyyəti izah edilir. Sizdən sonra dəvət edənlər elə Sizin əməkdaşlarınız olsun

4. Partnyorlarınız, media nümayəndələri, bloqçular və rəy liderləri ilə danışıqlar aparın ki, Sizin event-i onlar da paylaşsınlar və ya sadəcə "going" edilsin. Bilirsiz də, "going" edəndə dostların xəbər lentində bu xəbərdarlıq çıxır və beləliklə təbii yolla daha çox insana çatmış olursunuz. "Mən tək istəmirəm, dostum getsə gedərəm" deyən şəxslər də Sizin event-ə qoşulmuş olacaq.

5. Eventi FB səhifəsində tab hissəsində əvvələ gətirin. İstifadəçilər səhifənizə daxil olanda onu görüb klik edə bilsinlər. Çünki, adətən heç kim event axtarmır. İlk 3 postu və tab hissədə olanlar diqqət çəkir.

6. Event-i reklama qoya bilərsiz. Reklama qoyanda FB ads manager-də bir neçə reklam tipi Sizə kömək edə bilər. Effektivliyinə və cari vəziyyətə görə özünüz biləcəksiniz hansı daha effektivdir. Əsas məsələ hədəf auditoriyanı (target) düzgün seçməkdir. Birdə Facebook pixel var. Ads manager - Assets - Pixels - Create pixel edirsiniz və həmin kodu sayta yerləşdirirsiniz. Özünüz yerləşdirməsəz də olar, bu IT əməkdaşlarının işidir. Mark sağ olsun elə imkan yaradıb ki, kodu heç kopyalamaq lazım deyil, sayta yerləşdirəcək şəxsə birbaşa göndərmək olar. Sonra həmin şəxslə dostlaşın, bu kodlar vasitəsilə FB istifadəçisinin saytınızda etdiyi hərşeyi görəcəksiniz Monitorinq və təhlil imkanımız da düzəldi.

7. Başqa kanallarda da öz event-inizi reklam edə bilərsiniz. Məsələn, öz saytınıza "social plugin" qoyun. Bunu qoymaq üçün də IT əməkdaşlarının köməyi lazımdır. Xüsusi kodlar var ki, onu sayta yerləşdirirlər və istifadəçi saytınıza daxil olanda FB event-i görür. Bu xidmət vasitəsilə event-ə "going" və ya "interested" etmək, gedən dostlarını görmək, səhifəni bəyənmək, yaxınlaşan event-ləri görmək, Event təqviminə abunə olmaq olar.

Yəni deməyin odur ki, onlaynda səhifəniz varsa, müştəriniz ordadırsa aktivliyi həriki platformada eyni anda edə bilərsiz. Bu Sizin büdcənizə də faydalı/qənaətli olacaq, müştərilərinizin loyallığı artacaq.

FB-nin son statistikasına əsasən, hər ay 500 Milyon insan facebook-da event-ə qoşulur və birlikdə offline tədbirdə iştirak edir. Bu qoşulmanın 60%-isə, xəbər lentində baş verir.