digimark » Facebook Messenger-də qrup şəkilli videoçatlar yarandı
Tarix : 2016-12-21 11:11:16 | Baxılıb : 494
Font Ölçüsü:   |  

Facebook öz Messenger-ində eyni zamanda 50 insanın iştirak edə biləcəyi qrup şəkilli videoçatlar təqdim edib. Bu barədə şirkətin bloqunda məlumat verilir. Bununla belə, istifadəçi maksimum altı nəfəri görə biləcək. Söhbətdə əgər daha çox insan iştirak edərsə, söhbətin ən aktiv altı iştirakçısını görmək mümkün olacaq.

Söhbət zamanı selfi maksi, stikerli mətn, emoji və GIF fayllar göndərmək mümkün olacaq.

Facebook bildirib ki, yenilik tədricən sosial şəbəkənin bütün istifadəçiləri üçün mövcud olacaq.

Messenger istifadəçiləri arasında videozənglər 2015-ci ilin aprelində təqdim olunmuşdur.

Bu bölməyə aid digər xəbərlər.