digimark » Facebook Prisma prinsipi ilə işləyən proqram təqdim etdi
Tarix : 2016-10-27 12:59:08 | Baxılıb : 443
Font Ölçüsü:   |  

Engadget-in yazdığına görə, Facebook videoçarxları rəssamların işlərinə imitasiya edə bilən proqram təqdim edib. Bildirilir ki, ondan canlı yayım zamanı istifadə etmək mümkün olacaq. Facebook məhsul direktoru Kris Koksun fikrincə, video yaxın illərdə dünya trafikinin 70%-ni qazanacaq, buna görə də sosial şəbəkədə videolara xüsusi diqqət yetirilir. Bununla belə, yeni proqram yalnız anons olunur, onun nə vaxt çıxacağı bildirilmir.

Mənbədən verilən məlumata görə, proqram rusiyalı Aleksey Moisenko tərəfindən yaradılmış Prizma proqramına oxşayır. Onun proqramı iyunun 11-də iOS-platformasında buraxılmışdır. Ay yarımdan sonra, o Androiddə də təqdim olundu.

Bu ilin iyununda Vinci adlı buna bənzər bir proqram "VKontakte" sosial şəbəkəsində də buraxılmışdır.