digimark » Facebook, sosial şəbəkənin qruplarında reklam yerləşdirəcək
Tarix : 2016-10-18 12:03:27 | Baxılıb : 527
Font Ölçüsü:   |  

TechCrunch-ın yazdığına görə, Facebook sosial şəbəkəsi qruplarda reklam yerləşdirməyi planlaşdırır. Belə ki, Avstraliya, Kanada, Yeni Zelandiya və İrlandiyada saytın mobil eləcə də planşet versiyasında reklam testləri aparılır. Facebook bildirir ki, istifadəçilərin münasibətini gördükdən sonra, yeniliyin taleyi haqqında qərar veriləcək.

Qeyd edilir ki, facebookdakı reklam maraqlara görə hədəflənəcək. TechCrunch yazır ki, məsələn, idman avadanlıqları idman həvəskarları qrupu üçün təklif olunacaq. Beləliklə, reklam bu və ya digər qrupda cəlb edilmiş 500 milyon Facebook istifadəçisinə yayımlanacaq.

Facebook qruplarının indiki forması 2010-ci ildən yaranmışdır. Onlar ictimai tədbirlərin təşkilindən tutmuş bir çox istiqamətlərə malikdirlər.