digimark » Facebookda sildiyiniz mesaj və paylaşımları necə əldə edə bilərsiz ?
Tarix : 2017-02-23 15:12:09 | Baxılıb : 200
Font Ölçüsü:   |  

Facebook bəzən bilərəkdən , bəzən təsadüfən bizə gələn ismarıcları silə bilir. Bu mesajlar əhəmiyyətli olduğu zaman bir anlıq reflekslə bu mesajları sildiyimizə peşman oluruq və mesajları geri istəyirik.

Amma "Sil" düyməsinə basdığımız o vaxt hamısı silinib gedir. Bizə də içimizə çökən o peşmanlıqla yaşamaq qalır.

Lakin vəziyyət tam olaraq belə deyil. Çünki Facebook mesajları silindiyində tam olaraq silinmir. Sildiyiniz ancaq geri qaytarmaq istədiyiniz mesajları bir neçə addımda yenidən qaytara bilərsiniz. Eyni zamanda Facebookda paylaşdığınız foto, video və ya Status yeniləməsi kimi digər bütün paylaşımları da qaytarmaq mümkündür.

Addım-addım silinən Facebook mesaj və paylaşımlarına yenidən çatmanın yolu isə çox sadədir. Facebook hesabınıza daxil olduqdan sonra səhifənin üst qisimindən hesab ayarlarını açın. Qarşınıza çıxan ümumi hesab ayarları səhifəsinin altında "facebook məlumatlarının surətini yüklə" xəbərdarlığı görəcəksiniz.

Linkə daxil olduqdan sonra səhifədə "Arxivi Başlat" düyməsini basdığınız zaman yalnız Facebook üzərində olduğunuz zaman ərzində sizə gələn bütün mesajları deyil, Facebookun yığdığı bütün məlumatlarınızın yüklənməsi yolunda ilk addımı atmış olacaqsınız.