digimark » Facebook-da videoçarxların ortasında reklam çıxa bilər
Tarix : 2017-01-10 12:34:02 | Baxılıb : 387
Font Ölçüsü:   |  

Recode nəşrinin məlumatlara görə, Facebook, sosial şəbəkənin videoçarxlarına reklam tətbiq etməyi planlaşdırır. Reklam çarxın ortasında görünəcək.

Reklam, istifadəçi videoya ən azı 20 saniyə baxdıqdan sonra görünəcək, bu halda videonun özü isə ən azı bir yarım dəqiqə davam etməlidir.

Gəlirin məbləğinə gəlincə isə, reklamdan gələn gəlirin 55%-ni ilkin videonu dərc edən istifadəçi, qalanını isə sosial şəbəkə götürəcək. Eyni bölgü YouTube-da da mövcuddur.

Sosial şəbəkənin nümayəndələri şərhlərdən imtina ediblər.

2016-cı ildə Facebook-da çarxlara gündəlik baxışlar 100 milyon saata çatmışdır. Keçən ilin nəticəsinə görə, Facebook Live-də ən məşhur videoya 163 milyon dəfə baxılmışdır.

Bu bölməyə aid digər xəbərlər.