digimark » “Facebook”un gəlirlərində rekord artım
Tarix : 2017-11-02 12:42:00 | Baxılıb : 100
Font Ölçüsü:   |  

Dünyanın ən məşhur sosial platformalarından biri olan “Facebook”un gəlirləri cari ilin 3-cü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 79% artıb.

Facemark.az adindex.ru-ya istinadən xəbər verir, bu barədə şirkətin hesabatında qeyd edilib.

Bu il şirkətin 1 səhm üzrə gəliri 1,59 dollar və xalis mənfəəti 4,7 milyard dollar olub. Ötən il isə şirkətin 1 səhm üzrə gəliri 0,9 dollar, xalis mənfəəti isə 2,6 milyard dollar olmuşdu.

Şirkətin ümumi gəlirləri ötən illə müqayisədə isə 47% və ya 10,3 milyard dollar böyüyüb.

Bu il ərzində “Facebook” istifadəçilərinin sayı 16% artaraq 2,07 milyard nəfərə çatıb.

“The Wall Street Journal” nəşri isə qeyd edir ki, platforma bu nəticələrə yerləşdirilən reklamların sayəsində nail olub.

Reklamdan gələn gəlirlər isə ötən ilin anaoloji dövrü ilə müqayisədə 49% artaraq 10,1 milyard dollara çatıb. Şirkət bu gəlirlərin 88%-ni isə “Facebook”un mobil tətbiqlərindən əldə edib.

Bu bölməyə aid digər xəbərlər.