digimark » Facebook-un illik gəliri demək olar ki, üç dəfə artdı
Tarix : 2017-02-03 11:56:35 | Baxılıb : 695
Font Ölçüsü:   |  

Bloomberg-in verdiyi məlumatda bildirilir ki, 2016-cı ilin nəticələrinə görə Facebook-un xalis mənfəəti 10,2 milyard dollar təşkil edərək, 177% artıb. 2015-ci ilin nəticələrinə görə, şirkətin illik gəliri 3,6 milyard dollar təşkil edib. Facebook-un illik gəliri –27,6 milyard dollar olub ki, bunun reklamdan gələn gəlirləri 26,9 milyard dollar təşkil edib.

Keçən ilin dördüncü rübündə Facebook-un gəliri bir il əvvəlki 5,8 milyard dollardan 8,8 milyard dollaradək qalxmışdır. Bu nəticəni əsasən mobil reklamdan gələn gəlirlər təmin etmişdir ki, bu da bütün rüblük gəlirin təxminən 84%-ni təşkil edir. Sosial şəbəkə mobil reklam bazarında öz mövqeyini möhkəmləndirərək, Google-dan sonra ikinci yeri tutdu. Facebook həmçinin, istifadəçilərin xəbər lentlərində reklam xəbərlərinin miqdarını artırmadan, Instagram və birbaşa yayımlarda reklam kimi reklamın yeni formalarından istifadə edərək, artım nümayiş etdirdi. Şirkətin gəliri beş rüb ardıcıl olaraq 50%-dan çox artır.

Əlavə edək ki, 2016-cı ildə heç olmasa ayda bir dəfə sosial şəbəkəyə daxil olan istifadəçilərin sayı 1,8 milyard insan təşkil edib. Bu göstərici 2015-ci il ilə müqayisədə 17% artıb.

Bu bölməyə aid digər xəbərlər.