digimark » Facebookun pulsuz Wi-Fi tapmaq xüsusiyyəti "Wi-Fi tap" hər kəsə açıldı
Tarix : 2017-07-03 08:07:24 | Baxılıb : 673
Font Ölçüsü:   |  

Facebook, istifadəçilərinin pulsuz və xalqa açıq Wi-Fi şəbəkələrini tapmasını təmin edən yeni "Wi-Fi tap" xüsusiyyəti ilə əhatə dairəsini genişləndirir. Facebook dünən etdiyi şərhdə istifadəçilərinin bu xüsusiyyəti həm iOS'da həm də Androidin dünya səviyyəsində istifadə edə biləcəklərini paylaşdı. Wi-Fi tap xüsusiyyəti, istifadəçilər üçün səyahət edərkən və xüsusilə mobil data şəbəkəsinin məhdud olduğu sahələrdə daha da rahat olaraq görünür.

"Wi-Fi tap" xüsusiyyətini necə istifadə edə bilərsiniz?

Bu xüsusiyyətə daxil olmaq istəsəniz Facebook mobil tətbiqinin "Daha çox" bölməsini ziyarət etməniz lazım ollacaq. "Wi-Fi tap" bölməsini aktiv etdikdən sonra isə sizə ən yaxın Wi-Fi nöqtələrini və Wi-Fi-lərin aid olduğu şirkətlər haqqında məlumatları göstərən bir xəritə təqdim edəcək.

Yaxşı bu xüsusiyyət Facebook-a nə qazandırır?


Facebookun aylıq 2 milyarda çatan istifadəçilərinin sosial şəbəkədə daha çox vaxt keçirməsi və bu xüsusiyyətin kafe və restoran kimi yerli biznesləri tapmağa kömək olması sayəsində Google Maps rəqib olmasıdır.

Bu bölməyə aid digər xəbərlər.