Partnyorlar » Facemark.az bu il də "White Square" festivalının media partnyoru oldu
Tarix : 2016-01-26 13:35:25 | Baxılıb : 700
Font Ölçüsü:   |  

White Square Belarusiyanın paytaxtı olan Minsk şəhərində hər il keçirilən illik beynəlxalq reklam və marketinq festivalıdır. Sözügedən festival artıq səkkizinci dəfədir ki, keçirilir. Festival bu il 14-16 Aprel tarixlərində keçiriləcək.

Artıq səkkizinci dəfədir ki, Aprel ayının ortalarında dünyanın müxtəlif ölkələindən olan reklam təmsilçiləri Belarusiyanın paytaxtı Minsk şəhərində beynəlxalq marketinq və reklam festivalı olan "White Square"də toplanır. Müsabiqənin işləri festivalın rəsmi internet saytı olan www.adfest.by artıq qəbul olunur.

Ənənəyə görə festivalda 23.01.2016 tarixinə qədər işləri təhvil verən kəslərə daha sərfəli şərtər təqdim olunacaq. Festivalın qonaqları festivalı daha da zəngin edən Minsk şəhərində maraqlı ekskursiya səfərləri edə biləcəklər. Bu isə festivalı daha parlaq və yaddaqalan günlərlə zəngin edəcək. Məhz elə bu və ya digər səbəblərdən 2016-cı ilin Aprel ayında artıq 8-ci dəfə keçiriləcək olan "White Square" festivalına qatılın və maraqlı günlər keçirin. Festivalda iştirak etmək artıq kimin üçünsə qalib olmaq, kimin üçünsə qızıl mükafat, kimin üçünsə peşəkar təcrübə, kimin üçünsə yeni tanışlıqlar üçün fürsət deməkdir. Festival haqqında daha ətraflı məlumatı rəsmi internet saytından əldə etmək olar: www.adfest.by

Xatırladaq ki, Facemark.az saytı bu il də "White Square" festivalının media partnyoru oldu.

Bu bölməyə aid digər xəbərlər.