Partnyorlar » Facemark.az bu il də "WOW DONE AWARDS"ın media partnyoru oldu
Tarix : 2016-01-27 16:45:22 | Baxılıb : 696
Font Ölçüsü:   |  

Bu il artıq 2-ci dəfə keçiriləcək olan beynəlxalq reklam festivalı WOW DONE AWARDS 2016 işlərin qəbulunu açıq elan edir. Müsabiqə proqramında bu ilin əsas yeniliyi DIGITAL istiqaməti hesab olunur. Müsabiqə işləri non-media.com saytında qəbul olunur. Festival Mərkəzi Asiya və Azərbaycanda yaradıcılıq reytinqinə daxildir. WOW DONE AWARDS digital marketinq və kommunikasiya sahəsində layihələri həyata keçirən PR,digital agentliklər, reklamverənlər və bazarın bu kimi başqa oyunçuları üçün nəzərdə tutulmuşdur.

19 fevral 2016 tarixi qeydiyyat üçün son gündür. WOW DONE AWARDS festiavlı 17 – 18 mart 2016 tarixlərində iki gün ərzində Kiyevdə baş tutacaqdır. Festivalın proqramına marketinq və digital rabitə ilə bağlı ən aktual və həssas məsələlərin müzakirə olunacağı Best Marketing Practices konfransı və WOW DONE AWARDS mükafatlandırma mərasimi daxildir.

Xatırladaq ki, "Facemark.az" bu il də "WOW DONE AWARDS"ın rəsmi media partnyoru oldu.

Bu bölməyə aid digər xəbərlər.