Partnyorlar » Facemark.az "Rusiya Marketinq həftəsi 2016"nın rəsmi media tərəfdaşıdır
Tarix : 2016-01-27 11:26:31 | Baxılıb : 735
Font Ölçüsü:   |  

Rusiya Marketinq həftəsi biznes əhli üçün vacib və lazımlı tədbirdir. Forum SNQ və Rusiya konfrans bazarında lider olan Prime Time Forums şirkəti tərəfindən 4-cü dəfə keçirilir. Bu dəfə dünyanın 20-dən çox ölkəsindən 1500-dən çox marketoloqun iştirakı planlaşdırılıb. Forum 25-28 May tarixində Moskva şəhərində keçiriləcəkdir. Həmçinin, bütün dünyadan Online izləmə imkanı olacaq. Forum 4 gün davam edəcək. Bu günlər ərzində 60 nəfər spiker marketinq strategiyasının hazırlanması və inkişaf etdirilməsi təcrübələrini iştirakçılarla bölüşəcək.

Forumun proqramı ilə burada tanış ola bilərsiniz: http://ptf.su/go/23g

Müxtəlif sahələri birləşdirən forumda marketinqin idarə edilməsi, PR və digital mövzusunda çıxışların olması nəzərdə tutulub. Həmçinin, müxtəlif sahələrin marketinqinə ayrıca diqqət ediləcək:

- Pərakəndə və topdan satış sahələri

- Maliyyə və Sığorta sahələri

- Tikinti və daşınmaz əmlak

- Telekommunikasiya

- Turizm və istirahət

- Gözəllik biznesi

Forumun əsas dəyərlərindən biri tədbirin mahiyyətini və statusunu təyin edən iştirakçılardır. 4 gün ərzində Rusiyanın TOP100 şirkəti daxil olmaqla müxtəlif orta və kiçik biznes nümayəndələri eyni meydanda toplaşacaq.

"Rusiya Marketinq həftəsi 2016" tədbirinə ekspert qismində təcrübəsi ilə seçilən marketinq direktorları və biznes sahibləri dəvət edilib.

Spikerlər:

İlya Balaxnin: "Paper Planes" agentliyinin direktoru

Aleksey Maxinin: "Prime Time Forums" şirkətinin təsisçisi və direktoru

İqor Mann: "Манн, Иванов, Фербер" şirkətinin təsisçisi, biznes təlimçisi

Nikolas Koro: "RCB&B" araşdırma mərkəzinin rəhbəri

Aleks Levitas: "НТВ", "Первый канал", "ТВЦ" və "Успех" kanallarının marketinq eksperti, Forbes yazarı, Rusiyanın ən yaxşı biznes təlimçisi titulunun sahibi

Qeydiyyat: http://ptf.su/go/23g

Xatırladaq ki, artıq 2-ci ildir ki Facemark.az "Rusiya Marketinq Həftəsi" tədbirin, həmçinin Rusiyada Prime Time Forums şirkəti tərəfindən keçirilən bütün tədbirlərin media partnyorudur.

Bu bölməyə aid digər xəbərlər.