Ordan-Burdan » “Forbes” “dünyanın 100 ən güclü qadınları” siyahısını açıqladı
Tarix : 2017-11-02 15:06:00 | Baxılıb : 92
Font Ölçüsü:   |  

Forbes jurnalı “Dünyanın 100 ən güclü qadınları” siyahısını açıqlayıb.

Facemark.az xəbər verir ki, “Forbes” nəşrinin bu dəfəki siyahısında ilk sırada Almaniyanın baş naziri Angela Merkel qərarlaşıb.

İngiltərənin baş naziri Tereza Mey ikinci, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Cristine Lagarde səkkizinci, Çili prezidenti Mişel Baçelet 16, Hilari Klinton isə 65-ci sırada yer alıb.

Qeyd edək ki, Forbes tərəfindən açıqlanan siyahı maliyyə gücü (təsis etdikləri şirkətin gəlirliliyi), siyasətdən texnologiyaya qədər cəmiyyətə təsiri olan şəxslərdən seçilir.

Xatırladaq ki, qonşu ölkə Türkiyədən isə cəmi bir nəfər “Forbes”in siyahısına düşüb. Belə ki, “Sabancı Holding”in İdarə Heyətinin başçısı Gülər Sabancı siyahıda 12 pillə yüksələrək 58-ci olub.

Bu bölməyə aid digər xəbərlər.