Buna bir ad ver » Ford-un avtomobildə yatan körpələr üçün inkişaf etdirdiyi ağıllı beşik
Tarix : 2017-04-11 17:12:23 | Baxılıb : 387
Font Ölçüsü:   |  

Ford İspaniya, Espada y Santa Cruz adlı dizayn studiyası ilə birlikdə maraqlı bir layihəyə imza atdı. Bu maraqlı layihə çərçivəsində "Max Motor Dreams" adlı bir ağıllı beşik inkişaf etdirildi. Bu ağıllı beşik, gecələri körpələrinin yatması üçün avtomobilə getmək, hətta avtomobillə gəzmək məcburiyyətində qalan ailələrin problemlərini həll etməyi qarşısına məqsəd qoyub.

Bu ağıllı beşik; avtomobilin mühərrik səsi, hərəkətləri və küçə lampalarını süni edərək körpənin avtomobillə gəzdiyini zənn etməsini təmin edir. Beləcə körpə yatarkən ailə də hər gecə avtomobil səfəri etməkdən xilas olur. Bu layihə ilə əlaqədar bir digər əhəmiyyətli nöqtə də ağıllı beşik üçün inkişaf etdirilən mobil proqramlardır. Bu mobil tətbiq, vasitənin səfər zamanı hərəkətlərini, səslərini hətta küçə aydınlatmalarını yaza bilir.

Daha sonra mobil tətbiqin əldə etdiyi bu məlumatlar beşiyə inteqrasiya edilir və beşik də bu sürüşü süni edir. Beləcə körpənin ən sevdiyi marşrutu təyin olunaraq daha asan yatması təmin edilir.

Max Motor Dreams adlı bu ağıllı beşik, yeni S-Max və C-Maxın təqdimatı üçün çəkilişlə hədiyyə edilir. Ağıllı beşik üçün hazırlanan təqdimat videosunu aşağıdan izləyə bilərsiniz.

Bu bölməyə aid digər xəbərlər.