Ordan-Burdan » Futbolçu Edgar Davids video oyundan pul qazandı
Tarix : 2017-08-21 19:27:47 | Baxılıb : 293
Font Ölçüsü:   |  
Məhkəmə, Hollandiyadakı Lucian imicinin satışından qazanılan gəlirləri futbolçunun özünə ödənilməsinə qərar verdi.
CalvinAyre'nin verdiyi məlumata görə, Riot şirkəti - League of Legends oyununun inkişaf etdiricisi - video oyunlarında şəkillərindən istifadə etdiyinə görə Hollandiya komandasının keçmiş oyunçusu Edgar Davids'ə kompensasiya ödəməlidir.
Məhkəmə, Lucian adında oyun personajlarından birinin, bir futbolçuya çox bənzədiyini anlayıb. Xüsusilə də, personajın xarakterik bir saç düzümü və gözlüyü var - Davids futbol sahəsində bu aksesuarı istifadə edən az sayda futbolçulardan biridir.
Məhkəmə Hollandiya'daki Lucian imicinin satışından alınan pulların oyunçuya ödənilməsini əmr etdi. Kompensasiya miqdarı haqqında məlimat verilmir.
Qeyd edək ki, 2016-cı ildə Riot Games'in gəlirləri 1,2 milyard dollar idi.
Mənbə: adindex

Bu bölməyə aid digər xəbərlər.