digimark » Google Chrome-da reklamların qarşısı alınacaq
Tarix : 2017-04-20 16:40:34 | Baxılıb : 494
Font Ölçüsü:   |  

İnternet dünyasında web sayt xərclərini qarşılamaq üçün qarşımıza çıxan reklam modelləri internet istifadəçiləri üçün çox can sıxıcı ola bilir. Saytın başlığında, küncündə və s. yerləşdirilən reklam məzmunlarının qarşısını almaq üçün bir çox üsullar mövcuddur.

Google-da bu mövzuda yeni bir irəliləyişlə istifadəçilərini sevindirəcək ilk addımı atdı. İnternet nəhəngi Google, istifadəçi analizlərinə görə təqdim etdiyi reklam modelləriylə əhəmiyyətli reklam qaynaqları arasında iştirak edir.

Görünən odur ki, reklam blocker sahəsində artıq Google-da görəcəyik.

Wall Street Journal-ın xəbərinə görə Google, Chrome internet browserinə reklam blocker sistemini əlavə edəcək. Həm web həm də mobil versiyaları üçün istifadəyə təqdim ediləcək Google reklam blocker sistemi, əvvəlcə istifadəçilərin ən çox şikayət etdiyi , pop-up və səsli / videolu avtomatik idarə olunan reklamları hədəf alacaq.

Bu bölməyə aid digər xəbərlər.