bu işdə bir niş var » “Google” inqilab edəcək
Tarix : 2011-12-22 00:00:00 | Baxılıb : 3331
Font Ölçüsü:   |  

Dünyanın ən məşhur axtarış şəbəkəsi olan Google bu dəfə daha fərqli bir şeylə meydana çıxır. Belə ki, şirkət saplarındakı düymələr vasitəsilə ən yaxın olan restoran, iş yeri, müxtəlif obyektlər və s. axtarmağa imkan verən eynək hazırlayıb. Bu eynəklə interaktiv inqilab etməyə hazırlaşan Google, hazırda işi tamamlamaq ərəfəsindədir. Məlumatlarda bunun Android texnologiyası ilə işləyəcəyi bildirilir. Hazırlıq işləri GoogleX adlı gizli labaratoriyalarda aparılır.

Apple üçün güclü rəqib

Hal-hazırda savaş təyyarlərində pilotlar tərəfindən istifadə olunan bu texnologiya sayəsində "Google"un rəqibi "Apple"in səsli sistem Siriyə alternativ olaraq təqdim edildiyi bildirilir. İnteraktiv eynək eynəyə bərkidilmiş saplardakı düymələr vasitəsilə idarə olunacaq. Məlumatda həmçinin bildirilir ki, Google gəlirlərinin 20%-ni ümumən bu tipli proyektlərin həyata keçirilməsinə xərcləyir.
 

Bu bölməyə aid digər xəbərlər.