digimark » Google-da "xəbər təsdiqləmə" sistemi (fact check)
Tarix : 2017-04-11 14:53:06 | Baxılıb : 237
Font Ölçüsü:   |  

Google xəbərlər bölməsindəki yalan xəbərlərə bağlı uzun müddətdir ki, həll yolu axtarır . Gələn xəbərlərə görə Google yeni nəzarət etmə mexanizmi yalan xəbərlərin qarşısını almaq üçün ilk addımı atdı.

Google-un yeni Fact Check (Məlumat Doğrulama) vasitəsi sayəsində istifadəçilərə xəbərlərin doğruluğunu dərhal göstərəcək. Axtarışın nəticələrində doğru, səhv, qarışıq kimi ifadələr olacaq. Oktyabr ayından bəri ABŞ-da test edilən xüsusiyyət qısa müddət içində global olaraq təsirli olacaq.

Google tərəfindən mövzuyla əlaqədar olaraq edilən şərhdə : "Bu yeni işarə hər axtarış nəticəsində görülməyəcək və xəbərlərin doğruluğunun nəzarəti qətiliklə Google tərəfindən təmin edilməyəcək. Üçüncü partiya olaraq adlandırılan şirkət ya da şəxslər bu idarələri təmin edərək, oxuculara daha doğru məlumatı çatdıra bilmək üçün məşğul olacaq " deyə qeyd edilib.

Bu bölməyə aid digər xəbərlər.