digimark » Gözünüz aydın Whatsapp zəngləri açıldı
Tarix : 2017-06-03 19:31:58 | Baxılıb : 261
Font Ölçüsü:   |  

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün istifadəçilərə bildirir ki, ölkəmizdə uğurla keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaratmışdır.

Həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilmişdir.

Hazırda texniki yeniləmə işləri başa çatmışdır və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər.

Bu bölməyə aid digər xəbərlər.