Ordan-Burdan » Heinz reklamı Britaniya televiziyasında qadağan olundu
Tarix : 2016-11-25 12:10:49 | Baxılıb : 497
Font Ölçüsü:   |  

Telegraph-ın verdiyi məlumata görə, Heinz şirkəti yeni reklam çarxında tamaşaçılara brendin boş bankalarının köməyi ilə melodiya çalmağı təklif edir. Lakin reklamın televiziyada yayımlanmasına qadağa qoyulub. Bildirilir ki, 9 nəfər şikayət edib ki, reklam insanları təhlükəli fəaliyyətə çağırır, 6 nəfər isə hesab edir ki, çarx uşaqlar üçün təhlükəlidir. Britaniya reklam tənzimləyiciləri qərara gəlib ki, reklam özündə təhlükə daşıyır: “çətin ki, istehlakçılar bu qədər təcrübəli olsun” və həmin hərəkətləri sağlamlıqlarına zərər vurmadan təkrarlaya bilsinlər. Həmçinin, reklamda göstərilən hərəkətlər əl və barmaqların kəsilməsinə səbəb ola bilər, belə ki, çarxda təhlükəsizlik qaydaları əks olunmayıb.

Heinz bildirib ki, reklam çarxında heç bir təhlükə görmürlər, lakin əgər nəzarət orqanları bu qərara gəlibsə, onlar onunla razılaşmaq məcburiyyətindədirlər.

Bu bölməyə aid digər xəbərlər.