sərgi, festival və konfranslar » İlk dəfə olaraq “Kaspersky Lab”ın müsabiqəsində marketinq, reklam, dizayn və kreativ kommunikasiya üzrə mütəxəssislər iştirak edə bilərlər
Tarix : 2016-08-11 15:44:00 | Baxılıb : 429
Font Ölçüsü:   |  

Kaspersky Lab” şirkəti “Talent Lab” beynəlxalq müsabiqə proqramını açıq elan edir. Sözügedən proqram dünyanın istənilən ölkəsindən olan 18-30 yaşlı ali məktəb tələbələri və gənc mütəxəssislərə (texniki, həmçinin kreativ sahələr üzrə) geniş karyera inkişafı perspektivləri təklif edir. Müsabiqənin əsas mükafatlarına təhsili davam etdirmək üçün 10 min ABŞ dolları həcmində pul hədiyyəsi, həmçinin “Kaspersky Security Analyst Summit” kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa və “Kann Şirləri” beynəlxalq reklam festivalına gediş imkanları daxildir.

Müsabiqə proqramında iştirak üçün https://academy.kaspersky.com/talentlab/ saytında qeydiyyatdan keçərək təklif olunan tapşırıqlardan birini seçib cari ilin noyabr ayının 15-dək bu tapşırığı yerinə yetirmək lazımdır.

Texniki mütəxəssislər üçün antivirus araşdırmaları, müdafiə həllərinin hazırlanması, mobil və fiziki təhlükəsizlik, əşyalar interneti, şəbəkədə uşaqların təhlükəsizliyi və istifadəçilərin kibertəhdidlər barədə məlumatlılığının artırılması üzrə praktiki məsələlər nəzərdə tutulub. Kreativ peşə nümayəndələri üçün isə aşağıda qeyd olunmuş istiqamətlər üzrə yaradıcı və tədqiqat xarakterli tapşırıqlar hazırlanıb: istehlakçı marketinqi, veb-məzmunun analizi, konseptual dizayn və kibertəhlükəsizlik əsaslarının oyun formasında öyrədilməsi.

Dekabr ayının 1-də müsabiqənin ilkin mərhələsinə əsasən50 finalçının adı açıqlanacaq və onlar gələn ilin fevral ayında öz layihələrini təqdim etmək üçün Praqada keçiriləcək finala vəsiqə qazanacaqlar. Final mərhələsində 3 əsas qalib müəyyən ediləcək. “Top talent” nominasiyası üzrə qalib təhsil üçün 10 min ABŞ dolları həcmindəmükafat; “Security talent” nominasiyası üzrə qalib 2017-ci ilin aprel ayında keçiriləcək “Kaspersky Security Analyst Summit” kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa gediş imkanı; “Creativity talent” nominasiyası üzrə qalib isə“Kann Şirləri” beynəlxalq reklam festivalına və festival akademiyasına ziyarət hüququ verən biletlər əldə edəcək.

Bundan əlavə, 50 finalçının hər biri Kaspersky Lab” və müsabiqənin partnyorları tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin peşəkar təlimlərdə iştirak imkanı qazanacaq.

“Hər kəs kibertəhlükəsizlik sahəsinə öz yolu ilə gəlir. Aparıcı ekspertlərimizin əksəriyyəti bu sahə üzrə xüsusi təhsilə malik olmasalar da, qazandıqları təcrübə və daim öyrənmək həvəslərinə görə öz sahələri üzrə ən yaxşılardandırlar. İnanırıq ki, təşkil etdiyimiz müsabiqə gənc mütəxəssislər və tələbələrin informasiya təhlükəsizliyi sahəsinə marağını artıracaq və sözügedən sənayeyə qoşulmaq üçün çoxsaylı vasitələrin mövcudluğunu əyani nümayiş etdirəcək. Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edir, belə ki, dünyanın kibertəhdidlərdən müdafiəsi üçün daha çox peşəkara ehtiyac var”, - deyə “Kaspersky Lab”ın tədris proqramları idarəsinin rəhbəri Veniamin Qinodman bildirir.

“Talent Lab” proqramı “Kaspersky Lab”ın maarifləndirici təşəbbüslərini davam etdirir. Bu cür tədbirlər sırasına İT təhlükəsizlik sahəsində gənc istedadların dəstəklənməsinə yönəlmiş “Kaspersky Academy” proqramlar seriyası da daxildir. Şirkət bu cür gəncləri aşkarlayaraq onlara kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək üçün şərait yaradır və bununla da peşəkarların yetişməsinə töhfə verir. “Kaspersky Lab” inanır ki, yeni nəsil yüksək ixtisaslı mütəxəssislər gələcəyimizin təhlükəsizliyində mühüm rol oynayacaq.

Bu bölməyə aid digər xəbərlər.