Buna bir ad ver » İlkin Manafovun "360 dərəcədə brendinq" kitabı artıq kütləvi satışdadır
Tarix : 2015-06-12 12:58:21 | Baxılıb : 2395
Font Ölçüsü:   |  

Ana dilimizdə İLK brendinq kitabı hesab edilən "360 dərəcədə brendinq" kitabı, Milli Marketinq Forumundan sonra, kütləvi olaraq ölkənin kitab mağazalarında satışa başlanılıb. Xatırladırıq ki, kitab ümumi olaraq 10 fəsildən ibarət olmaqla, yerli şirkətlərimizin təcrübəsində olan praktik marketinq keyslərini özündə birləşdirir. "360 dərəcədə brendinq" Azərbaycanda uğurlu marketinq və biznes karyerası qurmaq, uğurlu brendlər yaratmaq üçün reseptlər kitabıdır. Kitabda müəllif əsasən aşağıdakı mövzulara toxunmuşdur:

  • Uğurlu marketinq karyerası qurmaq üçün hansı addımlar vacibdir?
  • Azərbaycanda brend qurmaq üçün nələr vacibdir?
  • HR brendinq qurmaq üçün nələr şərtdir?
  • Milli brendlərimiz təcrübəsindən 50-ən çox keys təhlil edilir
  • Qlobal brendlərin uğur səbəbləri və yerli brendlərimizlə müqayisəli təhlili
  • Brend strateqiyalar
  • Brend araşdırmalar
  • Brend kommunikasiya kampaniyaları, reklamlar
  • İnternet marketinq və brend idarəetmədə internetin rolu
  • Şəxsi brendinq kimi mövzulara toxunulmuşdur.

Kitab, oxunaqlı və rahat dildə yazıldığından müəllif kitabın cəmi 4 saata oxunmasının mümkün hesab edir. Xatırladırıq ki, "360 dərəcədə brendinq" kitabı 350 səhfəli bir biznes ədəbiyyatdır. Ana dilimizdə ilk brendinq kitabının şəhərimizin əksər kitab mağazalarından almaq olar. Sizlərə qısa sıyahını təqdim edirik:

  • Ali Nino - 28 Mall
  • Ali Nino - Metro Park
  • Ali Nino - Fevvarələr meydanı
  • Ali Nino - Park Bulvar
  • Akemim Kitab Evi, Nizami metrosunun yaxınlığında
  • Şəhərimizin digər kitab mağazalarında.

Həmçinin "360 dərəcədə brendinq" kitabını onlayn olaraq 0552255510 telefon nömrəsinə zəng etməklə sifariş vermək olar. Xatırladırıq ki, kitabın qiyməti 12 manatdır. Kitab müəllifi, İlkin Manafov iqtisad üzrə elmlər namizədə (fəlsəfə doktoru) olmaqla yanaşı, Marketinq AİR praktik marketinq təliminlərinin, Milli Marketinq Forumun, FMR TV-in, həmtəsisçisi, German Studio və Evin mağazalar şəbəkəsinin sahibidir. Həmçinin, İlkin Manafov ölkədə ən oxunaqlı şəxsi biznes bloq aparır.

Bu bölməyə aid digər xəbərlər.