digimark » Instagram canlı yayım funksiyasını təqdim etdi
Tarix : 2016-11-22 11:10:14 | Baxılıb : 620
Font Ölçüsü:   |  

Şirkətdən verilən məlumata görə, Instagram "Stories" bölməsində canlı efir funksiyasını istifadəyə verib. Canlı efir müddəti bir saat məhdudiyyətinə malikdir, həmçinin video efirin sonunda avtomatik olaraq silinəcək. Live rejimində yayım zamanı şərhlər görünəcək ki, onu da istifadəçi söndürə biləcək, yuxarıda isə canlı efirin izləyici sayı əks olunacaq. Hələlik funksiya sosial şəbəkənin bütün istifadəçiləri üçün mövcud olmadığına baxmayaraq, növbəti bir neçə həftə ərzində tədricən təqdim olunacaq.

Videoyayımdan başqa tətbiqin yeni versiyası, istifadəçilərə şəxsi mesajlarda bir və ya daha çox dostlara göndərilən öz-özünə silinə bilən foto və video təqdim edəcək. Həmsöhbət foto və ya videoya baxdıqdan sonra, onlar silinəcək.

Əlavə edək ki, şəxsi mesajlardan gündəlik istifadə edən auditoriya 300 milyon istifadəçi təşkil edir.

Bu bölməyə aid digər xəbərlər.