digimark » Instagram "Stories" bölməsinə reklamı daxil etdi
Tarix : 2017-01-12 11:33:37 | Baxılıb : 482
Font Ölçüsü:   |  

Instagram "Stories" bölməsində reklamın işə salınmasını elan etdi, 11 yanvardan tam ekran reklamın tədricən işə salınması başladı. Reklam verənlər fərdiləşdirilmiş reklamını onların təklifinə səs verəcək auditoriyaya göstərmək üçün hədəfləyə biləcək, ölçü və əhatə alətlərindən istifadə edə biləcəklər.

Stories-də reklam olunmağa başlayacaq ilkin şirkətlər cəmi 30 brend oldu ki, bunların arasında L’Oreal, General Motors, Nike, McDonald’s, BuzFeed, Netflix, Asos və Shiseido kimi şirkətlər var. Yaxın bir neçə həftə ərzində Instagram Stories-də reklam bütün dünya şirkətləri üçün əlçatan olacaq.

Həmçinin bildirilir ki, "Stories"də artıq mövcud olan biznes-alətlərə, hər bir reklam tarixçəsi üzrə reaksiyaların miqdarı və əhatəsi haqqında informasiyanı əks etdirən Insights bölməsi də əlavə olunacaq. Yeni bölmə bütün dünya şirkətlərinə yaxın vaxtlarda əlçatan olacaq.

Hər gün 150 milyondan çox insan "Stories"dən istifadə edir. Ən baxılan profillərin üçdə biri biznes-akkauntlara aiddir.

Bu bölməyə aid digər xəbərlər.