digimark » Instagram şərhlərə moderasiya funksiyasını əlavə etdi
Tarix : 2016-09-14 14:53:02 | Baxılıb : 734
Font Ölçüsü:   |  

Instagram öz istifadəçilərinə yeni – şərhlərə moderasiya funksiyasını təqdim etdi. Onun köməyi ilə istifadəçilər təhqiramiz və uyğun olmayan hesab etdikləri sözləri seçə biləcəklər. Onların postlarına qoyulan və tərkibində belə sözlər olan şərhlər gizlədiləcək.

Yenilik haqqında xəbəri şirkətin rəsmi bloqunda Instagram-ın baş direktoru Kevin Sistor paylaşdı. O qeyd edib ki, “biz istəyirik Instagram dostluq və təhlükəsizlik mühiti olaraq qalsın”. "Biz bütün istifadəçilərimizi qorumaq üçün, hər kəsə onun ünvanına tənqid və ya təhqir görmək riski olmayan mühit yaratmalıyıq. Bu gün biz Instagramda rahat atmosferin saxlanılması üçün irəliyə doğru bir addım atdıq” – deyə Sistor bildirib.

Yenilik artıq mövcud olan moderasiya vasitələrinə əlavə oldu. Instagram-da hələ də şərhləri silmək, yersiz şərh haqqında məlumat vermək və akkauntları bloka salmaq mümkündür.

Bu bölməyə aid digər xəbərlər.