Ordan-Burdan » İnstagram'dan birlikdə canlı yayım etmə imkanı
Tarix : 2017-08-10 16:11:42 | Baxılıb : 173
Font Ölçüsü:   |  

İnstagramın canlı yayın bölməsinə artıq yeni bir funksiya əlavə olunur. Ötən il İnstagram'da istifadə olunmağa başlayan canlı yayın funksiyası çoxları tərəfindən sevilərək istifadə olunur. Yeni əlavə olunacaq funksiyanın köməyi ilə canlı yayında başqaları ilə danışmaq da mümkün olacaq.

İnstagramda canlı yayında ekranı iki hissəyə bölərək istədiyiniz adamla danışa bilmək imkanı yaradan funksiyanı istifadə edə bilmək və istifadəçiləri dəvət edə bilmək üçün ekranın alt sağ hissəsində “Əlavə et” yazısına toxunmaq kifayətdir. Təbii ki, bunun üçün istifadəçi də dəvətinizi qəbul etməlidir. Ortaq canlı yayınlarda bəyən və şərh funksiyaları yenə eyni şəkildə işləyir.

İnstagramın qeyd etdiyimiz funksiyası hələ ki, sınaq mərhələsindədir və gələcək aylarda bütün istifadəçilərə təqdim edilməsi gözlənilir.

Mənbə: digitalage

Bu bölməyə aid digər xəbərlər.