digimark » iPhone 7 texniki xüsusiyyətləri və qiyməti ilə birlikdə təqdim olundu
Tarix : 2016-09-08 13:49:18 | Baxılıb : 1657
Font Ölçüsü:   |  

Apple iPhone 7-nin texniki xüsusiyyətləri və qiyməti bu gün müəyyən oldu. Apple-ın bu günkü tədbirində tanıdılan iPhone 7, su keçirmir.

iPhone-nun bu günə qədər tam 1 milyard ədəd satıldığı sözləri ilə başlanan tədbirdə iPhone 7-nin bu ana qədər edilmiş ən yaxşı iPhone olduğu bildirildi. Daha sonra yeni iPhone-nun diqqət çəkən xüsusiyyətləri təqdim olundu.

iPhone 7 iPhone 6S kimi qara, ağ və gold rənglərdən başqa yeni rəng variantı olan reaktiv black-ə də malikdir. Apple yeni iPhone modellərindəki bu rəngin parlaq olması üçün xüsusi alüminium komponentlərdən və istehsal texnikası istifadə etmişdir. İstifadə edilən bu vəsait şüşəyə bənzədilir. Yeni home düyməsi da təqdim olundu. iPhone yeni Taptic Engine adlı mühərriklə daha rahat və dəqiq olacaq.

iPhone 7 artıq su və toz keçirməyəcək.

iPhone 7-nin kamerası

Kamera iPhone 6S-də olduğu kimi 12 MP-dir. Ancaq quad-flash ilə 50% daha güclü flaş işığı gəlir. Yeni kamerada ISP adı verilən texnologiya ilə səhv fotoşəkil çəkmə ehtimalı yoxdur. Avtomatik fokuslama, işıq nizamlama və bənzəri tam 100 milyard əməliyyatı yalnız 25 millisaniyəyə tamamlayaraq ən yaxşı fotoşəkilin çəkilməsi təmin ediləcək. Ön kamera da güclənir: 7 MP FaceTime kamerası ilə artıq FaceTime danışmalar daha keyfiyyətli olacaq. Çəkilən videodaki hər kvadrat 12 MP keyfiyyətində olacaq.

Qulaqlıqlar artiq Lightning ilə bağlanacaq

iPhone 7-nin tək girişi lightning olacaq. Adapter, görüntü, səs bütün əlaqələr artıq lightning üzərindən ediləcək. Ancaq bunu dəstəkləməyən qulaqlıqlar içində standart olaraq bütün iPhone 7 qutularında keçiricilərə də yer verilmişdir.

AirPods

Apple kabelsiz qulaqlıq dəsti - AirPods-u təqdim etdı. Yeni qulaqlıqlar kabel olmadan iPhone ilə işləyə biləcək. Üzərindəki sensorun köməyi ilə qulaqlıqlara toxunaraq da əməliyyatlar edilə biləcək. AirPods-un dolum ömrü isə 5 saatdır. Üzərində Apple-ın ilk dəfə hazırladığı Wireless Chip olan W1 var. AirPods-lar ABŞ-da oktyabrın sonunda 159 dollara satışa çıxarılacaq.

iPhone 7-nin prosessorunun sürəti

iPhone 7də yeni nəsil 4 nüvəli 64-bit A10 Fusion prosessor istifadə olunmuşdur ki, onun da sürəti eyni sinifdəki prosessorlara nisbətən 40% daha sürətlidir. iPhone 6-dan 2 dəfə, iPhone 6S-dən 40% daha sürətlidir. İlk iPhone-a görə isə tam 120 dəfə daha sürətli bir prosessor hesab olunur. iPhone 7 və iPhone 7 Plus-un bu ana qədər çıxarılmış iPhone-lar arasında ən yaxşısı olduğunu söyləmək mümkündür. Qrafik prosessor da sürətlənmişdir. Əvvəlki iPhone 6S-ə görə 50% daha sürətli olan qrafik prosessor, iPhone 6-ya görə tam 3 qat daha sürətlidir. Enerji istehlakında də müdhiş bir yenilənmə edilərək, əvvəlki nəsil iPhone-a görə təxminən 40% daha az enerji sərf edir.

Enerji istehlakı

iPhone 7 dolum ömrü ən uzun cihaz olaraq tanıdıldı. iPhone 6S-ə görə ortalama 2 saatdan daha çox dolum ömrü var.

iPhone 7 vs. iPhone 6s

Yeni Home Button ID (2 qat)

Daha güclü xüsusi alüminium örtüklü

Su və toz keçirməz

7 MP FaceTime HD Kamera

Stereo dinamiklər

Jet Black rəng

12 MP Kamera

Optik fokus ilə səhvsiz foto çəkmə xüsusiyyəti

4K Video çəkimi

64-bit A10 Fusion prosessor

Advanced LTE ilə 450 Mbps qədər sürətli internet

iPhone 7-nin qiyməti

ABŞ-da 16 sentyabrda satışa çıxarılacaq iPhone 7 32, 128 və 256 GB-lıq üç fərqli yaddaşlı təqdim ediləcək. 32 GB modelin qiyməti 649 dollar olaraq təyin olunmuşdur. Bundan başqa Apple Update Program açıqlandı. Aylıq 36 dollar kimi bir ödənişlə ABŞ-lı istifadəçilər hər il yeni model iPhone ilə köhnə iPhone-larını dəyişdirə biləcəklər.

9 sentyabrda öncədən sifarişə çıxacaq yeni iPhone-lar 16 sentyabrdan etibarən satışa çıxarılacaq.

Bu bölməyə aid digər xəbərlər.