Ordan-Burdan » iPhone X modeli ilə gələcəyə səyahət edin
Tarix : 2017-09-13 23:55:39 | Baxılıb : 378
Font Ölçüsü:   |  

Bilindiyi üzrə 12 Sentyabrda Apple CEO'su Tim Cook səbirsizliklə gözlənilən yeni iPhone 8 və iPhone X modellərinin tanıtımını etdi. Bu modellər arasından ən böyük marağa səbəb olan isə iPhone X oldu. İndiyə kimi görülən nəinki iPhone modellərindən, eləcə də dünyadakı bütün mobil telefon modellərindən fərqli olan iPhone X'in qiymətləri aşağıdakı kimi olacaq:

64 GB iPhone X : $999,

256 GB iPhone X : $1,149

Bilindiyi üzrə tam ekranlı bir telefona imza atmaq daha ən başından bəri Apple brendinin missiyası olub. Bu iPhone elə təsir edici bir təcrübə verməli idi ki, onu istifadə eləməyə başladığınız an əlinizdə bir telefon tutduğunuzu unutmalıydiniz. Həmçinin, elə ağıllı olmalı idi ki, toxunuşlarınızla səsinizə və hətta baxışınıza belə reaksiya verməli idi. Nəhayət, Apple İPhone X modeli ilə bu missiyanı gerçəyə çevirdi. Gələcəklə tanış olmağa hazır olun.


Super Retina Ekran

iPhone X ilə cihaz və ekran arasındakı sərhəd aradan qalxır. Yepyeni 5.8 düym Super Retina Ekran əliniz üçün ideal bir ölçüyə malikdir və göz qamaşdırır.


İnnovativ texnolgiya

Ekran yeni texnikalardan və texnologiyalardan yararlanaraq cihazın dizaynının qıvrımlarını böyük həssaslıq ilə müşayiət olunur. Və zərifcə yuvarlaqlaşdırılmış künclərə qədər uzanır.
İPhone X üçün dizayn olunmuş OLED Ekran

İPhone standartlarına ilk dəfə çatmağı bacaran OLED texnologiyasına malik bu ekran gerçəyə ən yaxın fövqəladə rənglər, gerçək qaralar, yüksək parlaqlıq və 1000000:1 kontrast nisbətini təqdim edir.

True Depth Kamera

Kiçik bir sahə: Face İD özəlliyinə imkan verən kameralar və sensorlar kimi indiyə qədər dizayn olunmuş ən inkişaf olunmuş texnologiyalara ev sahibliyi edir.


Tamamilə Yeni Dizayn

Yeni çıxan İphone X modeli ağıllı telefonlar üçün həm ön tərəfdə, həm də arxa tərəfində indiyə qədər istifadə olunan ən davamlı şüşəyə malikdir. Apple'ın suya və toza davamlı dizaynı çox xüsusi bir paslanmayan poladdan hazırlanıb. Onu da qeyd edək ki, bu telefonlar kabelsiz şarj ola biləcəklər.
Təbii və tanış hərəkətlər

Tanış olduğunuz və Sizə rahat olan hərəkətlərə cihazınızla işləmək çox təbii və asandır. Hər hansı bir ekrandan 'Ana Ekrana' qayıtmaq üçün indi düyməyə basmaq yerinə tək bir sürüşdürmə hərəkəti kifayətdir.


Face İD
Üz tanımasında sərhəd tanımayan texnologiya təhlükəsizliyi təmin etmənin bir üst səviyyəsidir.
Üzünüz artıq parolunuzdur. Face İD telefonunuzun kilidini açmağı və kimliyinizin təsdiqləmənin yeni və güvənli bir yoludur.

Üz xəritəçəkməsi

Face İD gücünü True Depth Kameradan alır və quraşdırılması olduqça asandır. Üzünüzə əks etdiyi 30000-in üzərində görünməz nöqtəni analiz edərək ən xırda detallar ilə dərinlik xəritəsini yaradır.


True Depth

Kəskin ön planlar və peşəkarca bulanıq olan arxa planlardan qurulan möhtəşəm selfilər çəkin.

Portret İşığı

Portret modundakı yeni portret işığı özəlliyə ilə studiya keyfiyyətində göz alıcı işıq effektləri yaradın.

Animojı

True Depth Kamera bir-birindən fərqli 50-dən çox əzələ hərəkətini analiz edərək üz ifadələrinizi 12 fərqli Animojı personajlarına çevrilir. İçinizdəki pandanı, dovşanı və ya robotu kəşf edin.

12 MP Cüt Kamera

Bu model daha böyük və daha sürətli 12 MP sensor, yeni bir rəng filtri, daha dərin piksellər və optik görüntü stabilizasiyası özəlliyinə malik yeni telefoto kamerasına malikdir.


Portret İşığı

Dərinliyə qədər çəkən kameralar və ən incə detalları ilə çıxarılan üz xəritələri, studiya keyfiyyətinə çarpıcı işıq təsiri təmin edir.
Cüt OİS

Arxa kameraların hər ikisi də optik görüntü stabilizasiya xüsusiyyətinə və sürətli linzalara malikdir. Beləliklə, hətta zəif işıqlandırma olanda da qeyri-adi şəkillər və videolar çəkə bilərsiniz.

Optik yaxınlaşdırma.

İPhone X-dəki geniş bucaqlı kamera və telefoto kamerası həm optik yaxınlaşdırma xüsusiyyətinə, həm də şəkilləri 10 qata, videoları isə 6 qata qədər rəqəmsal yaxınlaşdırma xüsusiyyətinə malikdir.


Sinir Sistemi

Bu modeldə istifadə olunan All Bionic bu günə qədər ağıllı telefonlarda istifadə olunan ən güclü və ən ağıllı çipdir. Saniyədə 600 milyarda qədər işlənmiş sinir sisteminə malikdir.

Daha sürətli CPU

Yepyeni CPU-dakı dörd yüksək məhsuldar nüvə, A10 Fusiona görə 70%-ə qədər daha sürətli və iki yüksək məhsuldar nüvə 25%-ə qədər daha sürətlidir.

Adaptiv üz tanıma

Süni öyrənmə texnologiyası sayəsində Face İD görünüşünüz zamanla gerçəkləşən fiziki dəyişikliklərinizə uyğunlaşa bilir.


Enerji Effektivliyi

İkinci nəsil performans nəzarət bloku və xüsusi akkumlyator dizaynı, iki şarj əməliyyatı arasında İPhone 7 ilə müqayisədə iki saata qədər çox akkumlyatorun ömrünü təmin edir.

Apple Dizaynı GPU

Apple Dizaynı yeni üç nüvəli GPU, A Fusiondan 30%-ə qədər daha sürətlidir.

Artırılmış Reallıq

All Bionic çip oyunlarında və tətbiqlərdə gözlərinizə inana bilməyəcəyiniz gerçəkliyi yaşamağı təmin edir.


Kabelsiz şarj

Kabelsiz bir dünya üçün kabelsiz şarj.

Hər hansı bir şarj kabeli tələb etməyən İPhone X, kabelsiz bir gələcək üçün hazırlandı.

İPhone X-inizi dünya səviyyəsində olan bir çox otel, kafe və hava limanlarında tapabiləcəyiniz kabelsiz şarj stansiyalarında və matlarında doldura bilərsiz.

İPhone, Apple Watch və Air Podsunuzu kabelsiz doldurmaq üçün matın üzərində hər-hansı bir yerdə qoymağınız kifayətdir.

İOS 11

Yeni təməli qoyulan bir İPhone üçün yeni bir sisteminin təməli qoyuldu.

Ön tərəf tamamilə ekrandan qurulan bir telefon üçün başdan aşağı yeni qabiliyyətlər və hərəkətlərlə dizayn olunmuş bir əməliyyat sistemidir.


İOS 11-dəki yeniliklər

Mesajlarda Animoji göndərin, İdarəetmə Mərkəzini fərdiləşdirin və Sirini fərdi DJ-iniz edin.


Artırılmış Reallıq

Dünyanın ən inkişaf etmiş reallıq platformdakı inanılmaz AR oyunlarını və tətbiqlərini sınayın.
Mənbə:apple.com

Bu bölməyə aid digər xəbərlər.